Sorğu

Kürdüstan referendumundan nə gözlənilir?

İraqın bölünməsi
Vətəndaş müharibəsi
Nəticəsiz qalacaq
Referendum keçirilməyəcək

Xəbər Lenti

İnfografika

Arxiv

05 İyul

2017
00:08
656
Məktəbli formaları bahalaşdı – QİYMƏTLƏR

Yeni dərs ili ərəfəsində məktəbli formaları bir qədər də bahalaşacaq. Bu barədə “Bakı Tikiş Evi”nin direktor müavini Etibar Əzimov məlumat verib.

Onun sözlərinə görə, aşağı sinif şagirdləri üçün bir dəstin qiyməti 40 manat, yuxarı sinif şagirdləri üçün isə 46 manat təşkil edir: “Qiymət fərqi onunla əlaqədardır ki, yuxarı sinif şagirdlərinin paltarlarına daha çox parça sərf olunur”.

Xatırladaq ki, ötən il ibtidai sinif  şagirdləri üçün “Bakı Tikiş Evi” nin istehsal etdiyi məktəbli forması  37 manata satılırdı. Yuxarı siniflər üçün formanın qiyməti isə dəyişməyib.

Qeyd edək ki, şirkətdə konveyer üsulu ilə dörd modeldə məktəbli forması tikilir. Bunlar ilk 6 sinif üçün dama-dama ətəklər, tünd göy rəngli gödəkçə və şalvarlar, həmçinin yuxarı sinif şagirdləri üçün kostyumlar, pencəklər və sarafanlardır.

“Bu il məktəbli formalarının modellərində də dəyişiklik olmayacaq. Çünki əks təqdirdə valideynlər ötənilkiləri atıb yenilərini almaq məcburiyyətində qalacaqlar. Hər bir formanı məktəblilər azı 2 il geyinə bilirlər” – deyə E.Əzimov bildirib.

Məqalədə : məktəbli forması 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru