Xəbər Lenti

Sorğu

Arxiv

İnfografika

30 Yanvar

2017
16:44
787
Məktəbli hakerlər "CNN"nin profilini ələ keçirdi

FaktXəbər-in verdiyi məlumata görə, "CNN" telekanalının Facebook profilləri məktəbli hakerlərin hücumuna məruz qalıb. Belə ki, "CNN International" və "CNN Politics" profilləri "OurMine" məktəbli hakerlər tərəfindən ələ keçirilib.

Facebook profilləri ələ keçdikdən sonra oraya, "Salam, bu, "Ourmine"dir. Biz müdafiənizi yoxlayırıq. Məlumat almaq üçün bizimlə əlaqə saxlayın",- deyə cümlələri qeyd olunub.

Hadisədən dərhal sonra Facebook rəhbərliyi profildəki yazıları silərək, akkauntu "CNN"nin ixtiyarına verib. Buna qədər Səudiyyə Ərəbistanından olan məktəbli hakerlər "The New York Times" qəzetinin rəsmi Twitter səhifəsini də ələ keçirərək oraya, "Təcili xəbər! Bizə gəlib çatan Vladimir Putinin bəyanatlarının birində deyilir ki, Rusiya ABŞ-a nüvə zərbəsi endirəcək",-deyə başlıqlı yazı qoymuşdular.

Orphus system Mətndə orfoqrafik səhv aşkar etdinizsə, həmin hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com