Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

14 Yanvar

2019
10:39
1363
Məktəbi vaxtından əvvəl bitirmək istəyənlər üçün imtahanlar keçiriləcək

Ümumi təhsilin hər hansı səviyyəsini vaхtından əvvəl bitirmək istəyən istedadlı şagirdlər üçün eksternat qaydasında imtahanlar keçiriləcək. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) FaktXeber.com-a verilən məlumata görə, eksternat imtahanları 14-15 yanvar tarixlərində paytaxtdakı 220 nömrəli məktəb-liseydə təşkil olunacaq.

Test və müsahibə mərhələsindən ibarət olan eksternat imtahanlarında suallar fənn proqramlarına uyğun şəkildə hazırlanacaq.

Eksternat imtahanlarının nəticələri BŞTİ tərəfindən yaradılmış komissiya tərəfindən 5 ballıq şkala ilə qiymətləndiriləcək.

Qeyd edək ki, ümumi təhsilin hər hansı səviyyəsini vaхtından əvvəl bitirmək istəyən şagirdlər üçün təşkil olunmuş eksternat imtahanları Təhsil Nazirliyinin müvafiq əmri ilə təsdiq edilmiş “Ümumi təhsil pilləsinin ibtidai, ümumi orta və tam orta təhsil səviyyələrinin vaxtından əvvəl bitirilməsi Qaydaları”na əsasən keçirilir.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : eksternat 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-01-2019 04:06



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com