Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

05 Yanvar

2017
13:59
1073
Məktəbəhazırlıq qruplarına neçə uşaq cəlb olunub?

Ötən il Azərbaycanda məktəbəhazırlıq qruplarına cəlb olunan uşaqların sayı açıqlanıb.

 

Təhsil Nazirliyindən Faktxəbər-ə verilən məlumata görə, yeni tədris ilindən ölkənin bütün rayon və şəhərlərinin ümumtəhsil məktəblərində 5 yaşlı uşaqların dövlət hesabına məktəbəhazırlıq təhsilinə başlanılıb. 2016-2017-ci tədris ili üçün respublika üzrə məktəbəhazırlıq qruplarına cəlb olunan uşaqların sayı 76 min nəfərdən artıqdır.

 

2016-2017- ci tədris ilindən ölkənin 5 şəhər və  36 rayonu üzrə 124 məktəbdə təhsil təmayüllər üzrə təşkil olunub. Təhsil Nazirliyi tərəfindən 8 interaktiv və 20-dən artıq informativ elektron xidmət göstərilir.

 

Respublika fənn olimpiadalarının birinci mərhələsində bu il iştirak edən şagirdlərin sayı xeyli artıb. İştirakçıların sayı 27 500 nəfər olub. Qaliblər arasında paytaxtla müqayisədə bölgə məktəbliləri üstünlük təşkil edib. Bu il 260 şagird olimpiadanın qalibi adına layiq görülüb.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru