Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

02 Avqust

2017
08:40
766
Məktəbdənkənar təhsil müəssisələrinə qrant almaq hüququ verilib

Azərbaycanda məktəbdənkənar təhsil müəssisələri qrant və ianələr ala biləcək. FaktXəbər-in məlumatına görə, Nazirlər Kabineti bununla bağlı “Azərbaycan Respublikası Təhsil Nazirliyi sistemindəki məktəbdənkənar müəssisələrin Nümunəvi Əsasnaməsi”nə müvafiq dəyişiklik edib.

Beləliklə, məktəbdənkənar təhsil müəssisəsinin maliyyələşmə mənbələri dövlət büdcəsindən ayrılan vəsaitlər, büdcədənkənar vəsaitlər, kreditlər, qrantlar, ianələr və  qanunvericiliklə qadağan olunmayan digər mənbələr olacaq.

Qeyd edək ki, məkkəbdənkənar müəssisə təhsil sisteminin tərkib hissəsi olub uşaqların, yeniyetmələrin, gənclərin mənəvi və fiziki inkişafını, onların müxtəlif yaradıcılıq tələbatını təmin etmək üçün təsis edilir. Bir və çoxprofilli məktəbdənkənar müəssisələr hərtərəfli inkişaf üçün və asudə vaxtlarını düzgün müəyyənləşdirməkdə uşaq və yeniyetmələrə şərait yaradır. Məktəbdənkənar müəssisələrin əsas vəzifəsi uşaq, yeniyetmə və gənclərin maraq, meyl və bacarıqlarının, intellektual səviyyəsi və yaradıcılıq qabiliyyətinin inkişafı üçün əlverişli şəraitin yaradılması, onların istirahətlərinin, asudə vaxtlarının, əyləncələrinin mənalı təşkilidir. Məktəbdənkənar müəssisə həmin ərazidə ictimai tələbatın olması nəzərə alınmaqla və bunun üçün kadrlar, zəruri maddi-texniki baza, maliyyə vəsaiti olduqda, Azərbaycan Respublikası yuxarı dövlət idarəetmə orqanları və Təhsil Nazirliyi ilə razılaşdırılmaqla, yerli icra hakimiyyətinin qərarı ilə açılır. Şagird və tələbələrin əsas fəaliyyəti, onların marağına görə yaradılmış dərnək, bölmə, studiya, klub, ansambl, teatr və sairə birliklərdə məşğələ, eləcə də digər fəaliyyət növləri vasitəsi ilə həyata keçirilir. Çətin profilli dərnəklər - avia, avto, gəmi, raket modelçiliyi, radio-tele texnika, robot texnikası, radiorabitə, qanunvericilikdə qadağan edilməyən mürəkkəb idman növləri, habelə rəsm, dekorativ-tətbiqi sənət 8-10 şagirddən, digər birliklər birinci tədris ilində ən azı 15 şagird, sonrakı tədris illərində isə ən azı 12 şagirddən təşkil edilir.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-12-2017 05:20

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru