Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

05 Noyabr

2018
15:33
Məktəbdən asfalt üzərində çəkilən bayraqla bağlı AÇIQLAMA

20 nömrəli məktəb-liseyin şagirdləri 9 noyabr Dövlət Bayrağı Günü münasibətilə kompozisiya təşkil ediblər. Kompozisiyada uşaqların asfaltın üzərində qçrəngli bayrağımızı çəkdiyi də əks olunub. Daha sonra sosial şəbəkələrdə bəzi istifadəçilər bayrağımızın yerdə çəkilməsinə etiraz ediblər. 

Məsələ ilə bağlı 20 nömrəli məktəb-liseydən açıqlama verilib. Bildirilib ki, həmin şəkillər məktəbin “Facebook” səhifəsində də paylaşılıb.

“9 noyabr - Dövlət Bayrağı Günü ilə əlaqədar şagirdlərin müxtəlif kompazisiya və proqramlara hazırlığı çərçivəsində bayraq rəsmi ətrafında uşaqların fotoçəkilişi aparılıb (həmin fotoşəkil əlavə olunur) və noyabrın 2-də məktəbin “Facebook” səhifəsində də paylaşılıb”.

Məlumatda o da qeyd olunub ki, kənar şəxslər tərəfindən çəkilmiş videogörüntü məqsədyönül təşkil olunub.

“Ondan sonra həmin rəsm silinənədək hansısa kənar şəxslər tərəfindən çəkilmiş videogörüntünün daha çox məqsədyönlü təşkil edildiyi ehtimal olunur. Onu da qeyd edək ki, ənənəvi olaraq hər il keçirilən tədbirlərdə şagirdlərə dövlətçilik ideyalarına və dövlət atributlarına hörmət hissi aşılanır. Məktəblilər arasında Dövlət Bayrağı Günü ilə əlaqədar bədii qiraət, inşa yazı və rəsm müsabiqələri keçirilir”. (modern.az)

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Məktəb bayraq 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-11-2018 18:00



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com