Sorğu

Kürdüstan referendumundan nə gözlənilir?

İraqın bölünməsi
Vətəndaş müharibəsi
Nəticəsiz qalacaq
Referendum keçirilməyəcək

Xəbər Lenti

İnfografika

Arxiv

30 Avqust

2017
21:52
2344
Məktəb bufetlərində vəziyyət necədir? - Dövlət qurumları hərəkətə keçdi - VİDEO

Yeni tədris ilinin başlamasına az qalmış məktəblərdə qızğın hazırlıq gedir. Xüsusi ilə məktəblərdə fəaliyyət göstərən yeməkxanaların hazırlıqına diqqət yetirilir. Gigyenik təmizlik aparılır və burada çalışacaq şəxslərə standartlar izah edilir. Rəsmi qurumun məktəblərdə standartlara uyğun olmayan qidalar aşkarlandıqda isə bunu edən müəsisəyə qarşı sərt tədbirlər görüləcək.

2 aylıq fasilədən sonra məktəb yeməkxanalarında ciddi hazırlıq işləri görülür.

Yeməkxanaların gigyenik normalara cavab verməsi üçün əsaslı şəkildə təmizlik aparılır, bufetlərdə çalışacaq şəxslərə məktəbdə satılması qadağan edilən məhsullar barədə geniş məlumat verilir.

Bakı şəhər üzrə təhsil idarəsinin Təminat və Təchizat sektorunun müdiri Şahin İsgəndərov bildirir ki, məktəb yeməkxanalarına yeyinti məhsulları ilə təchiz edilən şirkətlərə də yeni tədris ilindədə standartlara əməl edilməsi üçün göstəriş verilib.

Sektor müdirinin sözlərinə görə məktəb yeməkxanalarında standarta uyqun olmayan qidalar satılarsa buna yol verən müəssə ilə müqavilə ləğv ediləcək. Şahin İsgəndərov onuda vurğulayıb ki, ötən il ərzində məktəblilərin qidadan zəhərlənməsi halı cəmi bir dəfə müşahidə edilib ki, araşdırma zamanı həmin qidanında valideyn tərəfindən kənardan alınaraq məktəbə gətirildiyi müəyyən edilib. Eyni zamanda valideynlərdə məktəb yeməkxanalarında satılan qidaların keyfiyyəti və standartlara cavab verməsinə nəzarət edə bilərlər. (Xezerxeber)

Məqalədə : məktəb bufet 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru