Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

17 İyul

2017
14:48
4968
MKİ-nin sabiq əməkdaşı: 11 sentyabrda Ümumdünya Ticarət Mərkəzinin binasını biz partlatmışıq

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin istefada olan  agenti  Malkolm Hovard Nyu-Cersi xəstəxanasında müalicə alaraq çıxdıqdan sonra bir sıra gözlənilməz bəyanatlar səsləndirib. O, bildirib ki, yaşamasına cəmi bir neçə həftə qalıb və buna görə də etiraflar etmək istəyir. FaktXeber.com-un yournewswire.com-a istinadla məlumatına görə, Hovard iddia edir ki, 11 sentyabr hadisələri zamanı  dağılan  Ümumdünya Ticarət Mərkəzinin 7 saylı binasının «nəzarətli dağıdılması»nda iştirak edib.

MKİ-də 36 il operativ kimi çalışan Hovardın sözlərinə görə, mühəndislik təcrübəsinə və bundan əvvəl biznesdə rekonstruksiya işləri üzrə karyerasına görə MKİ-nin yüksək rütbəli agentləri onu bu layihəyə cəlb ediblər.

Ümumdünya Ticarət Mərkəzinin 7 saylı binasının partladılması əməliyyatı digərlərindən çox fərqlənirdi, çünki elə iş görülməli idi ki, bu nəzarətli dağıdılma işinə oxşamasın"

Hovard bildirir ki, alışqan ölçüsündən tutmuş 80 mərtəbəli binalara qədər olan yerlərə partlayıcı qurğu  yerləşdirməkdə çox təcrübəlidir. O, 1997-ci ilin may ayından 2001-ci ilin sentyabr ayınad kimi MKİ-nin «Yeni əsr» adlandırılan  əməliyyatı üzərində işləyib: «Bu MKİ-nin hələ «yuxarıdan» fərmanları yerinə yetirdiyi dövrlər idi».

Hovardın sözlərinə görə, binanın uğurlu dağıdılması tapşırılan 4 operativdən ibarət qrupun üzvü olub.

Hovardın sözlərinə görə, Ümumdünya Ticarət Mərkəzinin 7 saylı binasının partladılması əməliyyatı digərlərindən çox fərqlənirdi, çünki elə iş görülməli idi ki, bu nəzarətli dağıdılma işinə oxşamasın.

O iddia edir ki, həmin vaxtlar  yalanla bağlı vicdan əzabı çəkməyib: «Siz patriot olanda MKİ, yaxud Ağ Evin  motivasiyasını şübhə altına qoymursuz. Elə düşünürsüz ki, bütün bunlar ümumi mənafe üçündür. Onlar mənim kimi yaxşı, sədaqətli insanlar  seçirlər… Sonradan iyrənc söhbətlər ortaya çıxanda isə qəlbim onlardan qırıldı».

Binanın dağıdılmasına gəldikdə isə Xorvar deyir: «Bu, partlayıcı ilə klassik nəzarətli partlayış idi. Partlayıcı maddə kimi biz çox nazik hərbi nanotermit kompozisiya materialından istifadə etdik. İşin çətinliyi onda idi ki, heç bir şübhə çəkmədən binaya minlərlə funt partlayıcı maddə, qoryucu və yandırma mexanizmləri gətirilməli idi. Ancaq 7 saylı binanın demək olar ki, bütün ofislər  MKİ-nin, Məxfi Xidmətin, yaxud hərbçilər tərəfindən icarəyə göütürülmüşdü ki, bu da işi asanlaşdırdı».

«Bu, yaxşı heç nə ilə nəticələnmədi. Bu bizim arzuladığımız  Amerika deyil», - deyə o, əlavə edib.

Məqalədə : Top Secret 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru