Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

17 İyul

2017
17:05
254
MKİ-nin hesabatı İŞİD terrorçularının Rusiyada vəziyyəti gərginləşdirmək planlarını ortaya çıxarıb

FaktXeber.com-un Mideast Politic-ə istinadla verdiyi məlumata görə, iyunun 20-də Pentaqon hesabat dərc edərək, Əfqanıstanın çoxsaylı qiyamçı və terror qruplaşmalarına qarşı mübarizədə kritik vəziyyətdə olduğunu açıqlayıb.

ABŞ Müdafiə Departamenti etiraf edib ki, ABŞ-ın girməsindən 16 ildən sonra da Əfqanıstan əvvəlki kimi 20-yə qədər qiyamçı və terror şəbəkəsi simasında daimi təhlükə ilə mübarizə aparır. 

Analitiklər hesab edirlər ki, ABŞ İŞİD-i Əfqanıstana yönləndirib və burada əsas məqsəd təkfirçi terrorçuları Rusiyaya yaxınlaşdırmaq olub.

Qeyd edək ki, Rusiyanın Əfqanıstanda fövqəladə və səlahiyyətli səfiri Zamir Kabulov ötən ilin sentyabr ayında bəyan etmişdi ki, Moskva İŞİD-in Əfqanıstanda fəallaşmasından narahatdır, çünki bu Rusiyanın təhlükəsizliyi üçün uzunmüddətli geosiyasi nəticələrə gətirə bilər. O, əlavə edib ki, Əfqanıstanda vəziyyətin gərginləşməsində əsas məsuliyyət ABŞ-ın üzərinə düşür.

Ekspertlər hesab edirlər ki, Əfqanıstanda NATO qüvvələrinə nəzarət edən ABŞ özünün ənənəvi düşmənlərinə – məhz Rusiyanı təhdid etmək və zərər vurmaq üçün İŞİD terrorçularından istifadə edə bilərlər.

MDB ölkələrinin Anti Terror Mərkəzinin başçısı general polkovnik Andrey Novikov xəbərdarlıq edib ki, İŞİD terrorçuları bütün diqqətlərini Suriya və İraqdan çəkərək, Əfqanıstana və qonşu dövlətlərə, xüsusən Rusiyaya yönləndirməyə çalışacaqlar.

Məqalədə : İŞİD 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru