Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

14 Yanvar

2019
14:47
863
Əmək müqaviləsinin müddəti ilə bağlı BOŞLUQ aradan qaldırılacaq

Xəbər verdiyimiz kimi, Əmək Məcəllənin 163 sayda maddəsinə redaktə, düzəliş və əlavə tipli dəyişikliklər ediləcək. Bu yazımızda, Əmək müqaviləsinin müddəti ilə bağlı olan ciddi dəyişiklik haqqında məlumat verəcəyik. 

Ötən ilin dəyişikliyinə əsasən, Əmək Məcəlləsinin “Əmək müqaviləsinin müddəti” maddəsinə əlavə edildi ki, müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. 

5 ildən artıq müddətə davam edən əmək müqavilələri ilə bağlı 2 hala rast gəlinir:

Birincisi, işçi ilə hər dəfə 1 vəya 2 illik müddətli müqavilə imzalanır, yekunda müddətli əmək müqaviləsi fasiləsiz olaraq artıq 5 ili keçdiyi halda, onunla daha qısa müddətli əmək müqaviləsi bağlana bilməz. Cünki əmək məcəlləsinin tələblərinə uyğun olaraq, işçi ilə əmək münasibətləri 5 ildən artıq olduğu halda müddətsiz əmək müqaviləsi hesab olunur.

İkincisi odur ki, təşkilat tender qalib olur və işin təhvil verilməsi ilə bağlı 6 illik müqavilə imzalayır. Bu zaman işəgötürən işçi ilə 6 illik əmək müqaviləsi bağlasa da, son dəyişikliyə əsasən, bu müqavilə də artıq 5 ildən sonra müddətsiz hesab edilirdi. Təbii ki, bu da ekspertlər tərəfindən Əmək Məcəlləsində boşluq kimi qiymətləndirildir. Cünki, işəgötürən fəaliyyəti üzrə müddəti 6 il olması səbəbindən işçi ilə müddətli əmək müqaviləsi imzalayıb.

Artıq Əmək Məcəlləsinə təklif edilən aşağıdakı dəyişiklikdə bu boşluq aradan qaldırılacaq.

45-ci maddə üzrə: 

5. Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. Bu hal 5 il və ya ondan artıq müddətə bağlanılmış əmək müqavilələrinə bu Məcəllənin 68.2.3-cü maddəsi ilə xitam verilmədiyi hallarda tətbiq edilir.

Təklif edilən dəyişiklikdən döründüyü kimi, 5 il və ya ondan artıq müddətə bağlanılmış əmək müqaviləsin müddəti bitdikdə, işəgötürən Əmək Məcəlləsinin 68.2.3-cü maddəsinə uyğun əmək müqaviləsinin müddətinin qurtarması ilə bağlı əmək müqaviləsinə xitam verə bilər/mks.az

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Əmək müqaviləsi 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-01-2019 04:06



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com