Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

26 İyul

2017
21:11
601
Mixail Saakaşvili Ukrayna vətəndaşlığından məhrum edilib

Ukrayna prezidenti Pyotr Poroşenko Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin vətəndaşlıqdan məhrum edilməsi ilə bağlı fərman imzalayıb.

 

FaktXeber.com-un verdiyi məlumata görə, bu barədə Ukrayna Miqrasiya Xidməti məlumat yayıb. Poroşenkonun öz saytında isə fərman dərc edilməyib.

 

Miqrasiya Xidmətindən bildirilib ki, müvafiq qərar “Vətəndaşlıq haqqında” qanunun əsasında qəbul olunub. Məlumata əsasən, M.Saakaşvili vətəndaşlıq alarkən anketdə həqiqətə uyğun olmayan məlumatlar göstərib. 

 

M.Saakaşvili Ukrayna vətəndaşlığını alan zaman sənədləri doldurarkən Ukrayna və onun hüdudlarında istintaq altında olmadığını qeyd edib, lakin o zaman Gürcüstan ərazisində onun barəsində cinayət işi açılaraq qiyabi həbsinə qərar verilmişdi. 

Qeyd edək ki, M.Saakaşvili Ukrayna vətəndaşlığını 2015-ci ilin mayında alıb. O, bu tarixdə Ukraynanın Odessa vilayətinin başçısı təyin olunmuşdu. M.Saakaşvili 2016-cı ilin noyabrında bu vəzifədən istefa verib. Qubernator vəzifəsini tərk edən siyasətçi Pyotr Poroşenkonu sərt tənqid edirdi.

Məqalədə : Saakaşvili Poroşenko 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru