Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

11 Oktyabr

2018
17:07
Misirdə kilsəni partladan 17 nəfərə edam hökmü verildi

Misirin Aleksandriya  şəhərində məhkəmə 17 nəfərə edam hökmü verib. FaktXeber.com-un məlumatına görə, bu barədə «Youm» nəşri xəbər verib.

Bildirilir ki, onlar 2016-2017-ci ildə kilsədə törədilən terrorda təqsirli biliniblər.

Bundan başqa 19 müttəhim ömürlük həbsə məhkum olub, 8 nəfəri isə 15 il müddətinə azadlıqdan məhrum edilib. 

Müttəhimlər 82 nəfərin ölümündə məsul biliniblər.

Xatırladaq ki, 2017-ci ilin aprel ayında Misirin iki kilsəsində  bir neçə saat fərqlə terror aktı olmuşdu. Tanta şəhərində kilsədə 30 nəfər həlak olmuş, 80 nəfər yaralanmışdı.Aleksandriya kilsəsində terror hücumunda 18 nəfər, o cümlədən intiharçının qarşqısını kəsərək onun kilsəyə girməsinin qarşısını alan 4 polis əməkdaşı həlak olmuşdu.

2017-ci ilin dekabr ayında  Qahirədə bir neçə kilsənin yerləşdiyi Abbasiyə kompleksində baş verən terrorda 25 nəfər həlak olmuş, 49 nəfər yaralanmışdı. 

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-10-2018 01:16



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com