Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

17 May

2019
16:01
345
Miqrasiya Məcəlləsinə dəyişiklik edilir

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclası keçirilib.

Komitə sədri Əli Hüseynli deyib ki, gündəlikdəki birinci məsələ “Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin daxili işlər orqanları (polis) və daxili qoşunları üçün kadrların hazırlanması haqqında” sazişin təsdiq edilməsi barədə qanun layihəsidir.

Onun sözlərinə görə, bu saziş tərəflərin daxili işlər orqanları (polis) və daxili qoşunları üçün müasir dünyanın çağırış və təhdidlərinə cavab verən yüksək səviyyəli kadr hazırlığının təmin edilməsinə xidmət edəcək.

Ə.Hüseynli qeyd edib ki, Miqrasiya Məcəlləsinə dəyişiklik ediləcək: “Ölkəmizdə turizm sürətlə inkişaf edir, mütəmadi olaraq beynəlxalq tədbirlər keçirilir. Belə bir şəraitdə Miqrasiya Məcəlləsinin təkmilləşdirilməsi də gündəlikdə dayanır”.

Layihə barədə məlumat verən Dövlət Miqrasiya Xidmətinin Miqrasiya və hüquqi təminat Baş İdarəsinin rəisi Vahid Qəhrəmanov bildirib ki, məcəllənin qəbul edildiyi 2013-cü ildən indiyədək ona bir neçə dəfə dəyişiklik edilib, bununla da bir sıra məsələlər tənzimlənib: “Hazırki dəyişiklik layihəsi isə 6 istiqamət üzrədir və əsasən əcnəbilərin olduğu yer üzrə qeydiyyat, viza proseduru, müvəqqəti yaşama icazəsi və digər məsələləri əhatə edir. Bu dəyişikliklərdə müəyyən olunmuş bir sıra prosedur müddətlərinin azaldılması və ölkəmizə gələn əcnəbilər üçün daha əlverişli miqrasiya şərtlərinin təmin olunması öz əksini tapır. Dəyişikliklərdə viza prosedurunun sadələşdirilməsi və ölkəmizdə müvəqqəti yaşamağa icazə verən 13 halın 16-ya qaldırılması məsələləri əhatə olunur”.

Müzakirələrin sonunda gündəlikdəki məsələlər parlamentin plenar iclasına tövsiyə olunub.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Zəvvarların ilk qrupu Vətənə dönüb - FOTO

21

Avqust
15:45
MƏNƏVİYYAT
207

Polis Balakəndə əməliyyat keçirib, saxlanılan var

21

Avqust
15:18
HÜQUQ,HADİSƏ
110

Bakıda yol qəzası - sıxlıq yarandı

21

Avqust
15:00
NƏQLİYYAT
141

Bakı bulvarında sadə çay verilmir - VİDEO

21

Avqust
14:36
ELM / TƏHSİL
173

Bakıda avtoservisdən “Niva” oğurlanıb

21

Avqust
12:28
HÜQUQ,HADİSƏ
127
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-08-2019 19:50



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru