Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

24 Avqust

2016
15:48
4392
Milli Təhlükəsizlik Agentliyinə işləyən hakerin dəhşətli müsahibəsi

"The Intercept" agentliyi ABŞ-ın Milli Təhlükəsizlik Agentliyinə (MTA) işləyən hakerlə maraqlı müsahibə aparıb. Müsahibənin FaktXəbər oxucuları üçün maraqlı olduğunu nəzərə alıb, təqdim edirik.

Mesaj gecə gəlib. Üç sözdən ibarət idi: "Axşamınız xeyir, ser"!

Bu mesajı ABŞ-ın Milli Təhlükəsizlik Agentliyinə işləyən ən məşhur hakerlərdən biri yazıb.

Onu, Milli Təhlükəsizlik Agentliyində bir sıra diqqət çəkən xidməti məktublarla tanınan bir haker göndərmişdi. O, öz məxfi məktublarında kifayət qədər sleng (mövcud olan sözün yeni mənaları və ya xüsusi söz yığını) və emodzidən (smaylik) istifadə edib. Bu isə xüsusi xidmət orqanlarının işçisi üçün qeydi-adidir. Sənədlərdə MTA-nın kompüter şəbəkələrini idarə edən şəxslərin hesablarının sındırılmasının necəliyi göstərilib. Bu qeydləri Edvar Snouden ictimailləşdirərək, MTA-nın ən sevimli işlərindən birini üzə çıxarıb. 

Mən bu hakerdən bir az ehtiyat edirdim. O, Snoudenə qarşı açıq-aşkar nifrətini gizlətmirdi və deyirdi ki, "The Intercep" agentliyi məxfi məlumatları dərc etməklə insanların həyatını təhlükə altına qoyur. Onun xidməti məktublarından birinin adı "Mən sisadminləri ovlayıram"dır. (sisadmin – system admini) Mənə elə gəlirdi ki, o, dünyada istənilən kompüteri sındıra bilər. O cümlədən də mənim.

Edvard Snouden Britaniya hökuməti tərəfindən məhv edilmiş "Guardian" kompyeteri ilə 

Əvvəllər mən yalnız MTA-nın mətbuat xidmətinin işçiləri ilə söhbət edə bilirdim. Onlar mənə deyirdilər ki, başqa heç kimlə danışa bilmərəm. Mən Snoudenin sayəsində haker dünyasından bir neçə personajı tanıyırdım, lakin onun təqdim etdiyi məxfi sənədlərdə ABŞ hökuməti üçün bütün dünyanı izləyən şəxslərin düşüncə tərzi barədə heç nə deyilməyib.

Mənim həqiqətən də bu hakerlə bəxtim gətirib. Çünki o, MTA-dan çıxaraq kibertəhlükəsizlik sahəsində işləməyə başlayıb. Və bu o deməkdir ki, haker MTA-nın göstərişi ilə deyil, öz iradəsi ilə danışıb. Xoşbəxtlikdən o, danışmaq həvəskarıdır. MTA-da işlədiyi müddətdə o, sosial şəbəkələrdə fəal həyat sürüb. Bizim videoçatımız izləmə etikası mövzusundan tutmuş ev təmirinə və noutbukun sındırılma çətinliyinə kimi 3 saatlıq diskussiyaya çevrilmişdi. "Mən söhbətə ona görə başlamadım ki, digər tərəfin də fikirlərini çatdırın. İstədim onu çatdırmağa çalışım ki, vicdanlı olmaq necə rahatdır", o mənə dedi.

Haker evdə idi. Əyninə ağır-metal qrupu olan “Lamb of God" (“Allahın quzusu”) yazılmış tünd kapüşon geyinmişdi. Hakerin adını çəkməyəcəyimə söz verdiyim üçün onu sadəcə olaraq “Quzu” adlandıracam. Kapüşonun altından isə futbolka geyinmişdi. Qolunda qarışıq döymə var idi. Mən zarafatla ona qara saqqalına görə talibana oxşadığını dedim və o gülümsədi. “Quzu” dövlət qulluqçusundan daha çox hakerə oxşayırdı. 

Biz hakerlər barədə düşünəndə, nadir hallarda hökumət hakerlərini yada salırıq. Bizə hətta qəribə görünə bilər ki, hakerlər MTA üçün işləmək istəyirlər, MTA isə hakerləri işlə təmin etmək arzusundadır. Lakin həqiqət budur ki, agentlik onların çoxunu işlə təmin edir. MTA-dan əlavə, MKİ, FTB, Narkotiklərlə Mübarizə İdarəsi, Daxili Təhlükəsizlik Nazirliyi və Müdafiə Nazirliyi də onların xidmətlərindən istifadə edir. Çünki haker olmadan dünyanı nə izləmək, nə də qırmaq mümkündür. 

“Capture The Flag” haker komandası DEF CON konferensiya

Adətən populyar şoularda, “Cənab Robot” və “Matritsa” filmlərində hakerlər saqqal basmış insanlar, anonimous qrupunun  üzvü, rumıniyalı cinayətkar dəstə, milyonlar oğurlayan, yaxud internetdə öz zarafatlarının nəticələrini düşünməyən yeniyetmələr kimi təsvir edilir. Hakerlərin stereotipləri fərqli olsa da, onları birləşdirən ümumi bir cəhət var: sosial norma və qanunları kobudcasına pozan, eləcə də cəmiyyətə meydan oxuyan anarxistdirlər. Bunlar o şəxslər deyil ki, hansısa “dayı”ya işləsinləar. Hakerlər rəsmi maaşa işləyir. Demək olar ki, böyük əksəriyyəti.

ABŞ-da sentyabrın 11-i baş vermiş terror aktlarından sonra hökumət gizlin olaraq müxtəlif haker qruplarını öz tərəfinə cəlb edə bilib. Halbuki onların MTA-ya patoloji nifrət var idi. Bu nifrətin bariz nümunəsi "Ağıllı Vil Xanting" filmində göstərilib. Orada bir səhnədə riyaziyyatçı Vil MTA üçün kodu sındıraraq, Yaxın Şərqdəki üsyançıların yerini aşkar edə bilər. Lakin aviazərbələr Vila tanış olmayan 1500 nəfərin ölümü ilə nəticələnəcəyi üçün o, MTA-nın təklifini rədd edir.

Son illər ərzində çox şey dəyişib. Birincisi, Ədliyyə Nazirliyi tək işləyən güclü hakerləri təmizləyib. Yəni, əgər sizin haker fəaliyyətiniz dövləti qane etmirsə, siz mütləq həbsxanaya düşəcəksiniz. Eyni zamanda, hakerləri öz bacarıqlarını vətənin rifahı üçün istifadə etməyə çağırırlar. Bir çoxları üçün bu perspektiv olduqca cəlbedicidir. Çünki hakerlər intellektual mühitə düşür və ən əsası onlara elə manevr imkanları verilir ki, xidmətdən kənarda bunu edənləri həbsxana cəzası gözləyir.

Snoudenin "The İntercept" agentliyinə verdiyi məxfi sənədlərdən biri də MTA-nın məşhur hakeri ilə müsahibəsi olub. O, işini çox sevdiyini deyib. Müsahib həmçinin bildirib ki, MTA-da onlara elə işlərə icazə verilir ki, ölkədə leqal şəkildə onları görən olsa, həbsxanaya düşəcək. "Bizə Əl-Qaidənin kompüterlərini sındırmaq üçün yaxşı pul verilir. Biz hər il Las-Veqasda DEF CON konfransına məsləhətləşməyə yığışırıq. Orada özümüzü çox sərbəst hiss edirik. Biz hakerlərin düşüncə tərzi də eynidir: akkauntları (hesabları) sındırmaq, hər bir işin dərinliyinə getmək və hər şeyin necə işlədiyini öyrənməkdir" - deyə o, məxfi müsahibəsində vurğulayıb.

Hətta 2012-ci ildə MTA-nın direktoru Kit Aleksander üzərində hakerlər arasında məşhur olan "Electronic Frontier Foundation" loqotipi olan cins şalvarı və köynəklə DEF CON konfransına qatılıb. Orada o, konfrans iştirakçılarını MTA-ya daxil olmaları üçün təbliğat işləri aparıb. MTA-nın saytına yerləşdirilmiş xüsusi videoda belə deyilir: Əgər siz nə vaxtsa bir səhv iş görmüsünüzsə, narahat olmayın. Bu o demək deyil ki, sizi işə göytürməyəcəklər.”

Bir sözlə, əgər sən vətənpərvər hakersənsə, onda Sem əmiyə lazımsan. 

Merilend ştatının Fort Mid şəhərində yerləşən MTA-nın mənzil qərargahı

Gənc yaşlarında “Quzu” dindar bir xristian olub. Lakin eyni zamanda ateistlər və şeytanpərəstlərin forumlarında da iştirak edib. O, onların kimə, nə üçün iman gətirdikərini və onun suallarına necə cavab verəcəklərini bilmək istəyib. Əgər onun inancı mübahisə zamanı qarşı tərəfə qalib gələ bilməyəcəksə, onda həmin inancdan imtina etmək lazımdır. “Quzu” deyir: "Mən xristian olduğum üçün İncilə inanıram. Bu səmavi kitabda yazılıb ki, həqiqəti axtaran mütləq tapacaq. Əgər mən əqidəmə zidd faktları tapırdımsa, onları anlamağa və öz dəyərlər sistemimə yerləşdirməyə çalışırdım".

“Quzu” həmişə haker əhval-ruhiyyəsində olub. Məktəbi bitirəndən sonra bir il xristianların universitetində təhsil alıb. Lakin təhsilini yarımçıq qoyaraq, hərbi tərcüməçi olub. MTA-da işə düzələndə “Quzu”nun informatika sahəsində sadə bilikləri olub. O, kompüterlərə aid çoxlu sayda kitablar oxuyub və kompüter şəbəkələrinin trafikini analiz edən "Wireshark" proqramının köməyi ilə müxtəlif təcrübələr aparıb. Müəyyən qədər proqramlaşdırmanı öyrənib və daim məsləhət üçün Agentlikdəki böyük həmkarlarına müraciət edib.

“Quzu” da Snouden kimi heç bir formal təhsil almadan uğur qazanıb. Snouden də zamanında təhsili ataraq, təkbaşına kompüter texnologiyalarını öyrənib. O, MTA-da elə bir səviyyəyə çatmışdı ki, Agentliyin böyük şəbəkələrinə daxil olmaq icazəsi almışdı. Halbuki həmin vaxt Snouden təkcə sistem administratoru idi. “Quzu” isə kompüter sistemlərinin analizlərində administrator olur və trafik tutmaq məharətinə yiyələnir. Məsələn, “Quzu” dünyanın istənilən provayderinin məlumatlarını MTA serverinə göndərməyi bacarır.

“Quzu” MTA üçün olduqca önəmli işlər görüb, lakin onun xidməti qeydləri çox səviyyəsizdir. Mən MTA-nın bir çox məlumatlarını oxumuşam, amma heç yerdə bu qədər haker jarqonu və məzəli qudurğanlıq görməmişəm. Baxmayaraq ki “Quzu” öz həmkarlarını lağa qoyur, amma özünü və MTA üçün işləyən hakerləri həvəskar hakerlərə nisbətən ən üstün irq sayır. Ümumilikdə isə təkəbbürlük hakerlərin mədəniyyətinin mühüm elementidir. 

O, məktublarının birində yazıb: Mən ilk dəfə "Blackhat/Defcon" konfransına qatılanda həzz alacağımı, orada aparılan dəyərli söhbətlərə qulaq asmaqla super-elit haker olacağımı düşünürdüm. Lakin iclas başlayan kimi məyus oldum. Ona görə ki, iclasın aparıcısı kompüter texnologiyası sahəsində yeni bir şey barədə danışmırdır". 

Blackhat USA 2015 konfransında çıxış edən kibercinayətkarlıqla mübarizə mütəxəssisi Kristofer Domas yaddaş itkiləri barədə məruzə edir 

Mən “Quzu”dan MTA-nın haker iyerarxiyasında hansı mövqedə olduğunu soruşanda, o gülümsəyərək, "mən elə bir nöqtəyə çatmışdım ki, onlar mənə daha çox sual verirdilər, nəinki mən onlara" cavabını verdi. O, öz işinin məxfi detallarını açıqlamaqdan imtina edərək, Snoudenə məxfi məlumatları yaydığı üçün nifrət bəsləyir. 

Şəbəkə təhlili ilə yanaşı, “Quzu” dövlət hakerliyinin ən dəhşətli növünün - ayrıca kompüterlərin sındırılmasının -  bir addımlığında olub. Buna baxmayaraq, MTA-dakı işini o bu cür təsvir edir: "Bu, sadəcə heç vaxt unuda bilməyəcəyim əla layihələr idi".

Problem orasındadır ki, peşəkar olmaq heç də əxlaqlı olmaq anlamına gəlmir. Çünki izləmə üçün yüksək texnoloji alətlər təkcə terrorçulara qarşı deyil, həm də günahsız insanlara qarşı tətbiq edilə bilər. Bu MTA ətrafındakı debatların əsas narahatlığıdır. Agentliyin olduqca geniş imkanları demokratiyaya, azadlığa və insanların şəxsi həyatları əleyhinə istifadə olunur və ya oluna bilər.

“Lamb” öz məktublarında MTA-nın sistem administratorlarının elektron poçtları və Facebook profillərini necə izləməsi barədə açıq aşkar qeydlər gətirir. Hakerlər onların profillərinə yol taparaq özlərini administrator kimi təqdim edir. Bu yolla onlar nəzərlərində olan çoxsaylı məlumatları ələ keçirməyi bacarır. Lakin “Lamb” deyir ki, onun son məqsədi sistem administratorları deyil, terrorçular və dövlət qulluqçuları olub.

Digər məxfi məktubunda “Lamb” Yəmənin bütün internet trafikini MTA-nın serverinə yonləndirməsindən teoritik misal kimi bəhs edib. Təqdimat çox qeyri-adi və zarafat tipli idi: "Növbəti bölmənin adını "Mən embrion pozasında qışqırıqla saçlarımı qopardıram. Niyə bu alınmadı?!" bölümü ilə dəyişdirmək olar." Onun qeydləri lovğa və istehzalı idi. Məktubların birinin sonunda o yazırdı: "Ovqatım məkirlidir". Başqa birində isə yazırdı ki, "Ovqatım çuçxedir". (Çuçxe - Şimali Koreyada Kim İr Sen tərəfindən əsası qoyulmuş ideologiya - red.) O, məxfi sənədləri sosial şəbəkələrdə status kimi yazırdı: açıq və cəsarətlə.

“Lamb”ın sözlərinə görə internetdə təhlükəsiz yer yoxdur. O deyir: "İnternetdə etdiyiniz hər iş sizin kompüterinizi sındırmağa kömək edə bilər. Təəssüflər olsun ki, insanlar özlərini hakerlərin hədəfi kimi görmür. Lakin həqiqətdə bu belədir. Hər bir ölkə izləməklə məşğuldur. Dünyada mövcud olan bütün hakimiyyətlər öz kəşfiyyat idarələrinə kimləsə bağlı məlumat toplamaq əmrini verir. Və maraqlısı budur ki, heç kəs “yox” cavabını eşitmək istəmir. Onlar deyir ki, siz bu problemi həll edərək bizə lazım olan məlumatları ötürə bilərsiniz və ötürməlisiniz də. Bu tendensiya hər bir kəşfiyyat idarəsində mövcuddur, istər MTA, FTX, istərsə də Çinin Xalq Azadlığı Ordusu olsun". 

“Lamb”ın siyasi əqidəsi Henri Kissincerin soyuqqanlı real siyasətinə bənzəyir. Hazırda idillik (yunanca "eidyllion" sözündən götürülüb, mənası "kiçik şəkil" deməkdir - red.) rəqəmsal dünya mövcuddur ki, hamımız orada yaşamaq istərdik və yaşadığımız amansız rəqəmsal dünya var. "Lamb" ikincidə uğur qazanmaq istəyir.

"Lamb" internet istifadəçilərinin laqeydliyindən gileylənir: "Bir çox insanlar problemə bu prinsiplə yanaşırlar: "Mən küçədə lüt gəzirəm, ümid edirəm ki, heç kim məni görmür". Təhlükəsizlik baxımından bu dəhşətli yanaşmadır. Çox az adam "Tor" və təhlükəsiz "Signal" mesencerdən istifadə edir. Ya da ümumiyyətlə öz məlumatlarının qorunması haqqında hər hansı şəkildə qayğı göstərir". 

90-ci illərin əvvəllərində, internet başlanğıcında biz hamımız ümid edirdik ki, o, əyləncəli və qeyri-ticari olacaq. Həmçinin biz internetin yaxşı mənada dünyada inqilab edəcəyinə inanırdıq. O zaman heç kəs təsəvvürünə belə gətirməzdi ki, internet əsas izləyici alətə çevriləcək. Mən həmsöhbətimdən soruşdum ki, niyə o, interneti öz ilkin konspesiyasından çıxaran bir agentliyə işləyib. Cavabında “Lamb” belə dedi: "Əslində mən kompüterlərdən baş çıxartmaq istədiyim üçün MTA-nın hakeri oldum. Əgər siz mənə desəniz ki, kompüter sistemində filan şeyi etmək mümkün deyil, mən onun həlli yolunu taparam".

Mən “Lamb”a etiraz olaraq dedim ki, Snouden və başqaları gecə-gündüz interneti təhlükəsiz etməyə çalışarkən, MTA və siz onun əksini edirdiniz. O, mənim, "siz onların yolu ilə gedə bilərdinizmi" sualıma, "təhlükəsiz və azad internet uğrunda döyüş ciddi məğlubiyyətlə üzləşib” cavabını verdi. "Köhnə məsəl var: əgər sən kompüterinin tam təhlükəsiz olmağını istəyirsənsə, onu söndürərək yerin altında basdır və bir daha yandırma. Əgər kəşfiyyat sizin kompüterinizdə olan məlumatları əldə eləmək istəyərsə, hər bir halda o bunu edəcək", - deyə “Lamb” vurğulayıb.

Mən “Lamb” ilə söhbətimizdən əvvəl və sonra öz kompüterimi tamamilə təmizlədim. Çünki o, videoçat zamanı orada olan bütün məlumatları asanlıqla əldə edə bilərdi. “Lamb”a bu əməlimi danışanda, o, mənimlə razılaşaraq belə dedi: "Yaxşı ki, sən bunun qeydinə qaldın. Axmaqlıq olardı, əgər məxfi materiallara girişi olan jurnalistlə xarici kəşfiyyatın maraqlanmadığını düşünsəydin".

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru