Xəbər Lenti

Sorğu

Arxiv

İnfografika

12 Aprel

2017
11:17
201
Millimiz Macarıstanı 6 qolla məğlub etdi - VİDEO

AÇ-2018-in seçmə mərhələsində mübarizə aparan futzal üzrə Azərbaycan millisi bu gün qrupdakı son matçına çıxıb.

Yığmamızın son rəqibi əsas izləyicisi Macarıstan olub. Görüş komandamızın 6:1 hesablı qələbəsi ilə başa çatıb. Bununla da yığmamız Avropa çempionatının final mərhələsinə birbaşa vəsiqə qazanıb.

Xatırladaq ki, mübarizənin getdiyi 7 qrupda ilk yerin sahibləri birbaşa həlledici mərhələyə yollanır. 

Qruplarda 2-ci yeri tutanlarla 3-cü pillənin sahibləri arasında ən yaxşı nəticəyə malik olan pley-offun iştirakçısı olaraq daha 4 vəsiqənin sahinini müəyyənləşdirəcək.  

Qeyd edək ki, millimiz ilk matçda Bosniya və Herseqovinanı 5:4, ikinci qarşılaşmada isə Albaniyaya 5:0 hesabı ilə qalib gəlib.

AÇ-2018-in seçmə mərhələsi

B qrupu, 3-cü tur

Macarıstan - Azərbaycan - 1:6

Qollar: Rövşən Hüseynli, 01:16-avtoqol (1:0), Bolinya, 11:16 (1:1), Eduardo, 16:52 (1:2), Fineo, 21:03 (1:3), 33:13 (1:4), Xətai Bağırov, 24:12 (1:5), İsa Atayev, 35:08 (1:6)

Orphus system Mətndə orfoqrafik səhv aşkar etdinizsə, həmin hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com