Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

12 Sentyabr

2017
15:05
994
Milli Məclisin gündəliyinə çıxarılacaq 9 məsələ barədə məlumat verilib

Bu gün Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclası keçirilib.

Milli Məclis sədrinin birinci müavini, müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov iclası açaraq gündəlikdəki 9 məsələ barədə məlumat verib.

Əvvəlcə “Müdafiə haqqında”, “Sərhəd qoşunları haqqında” qanunlarda və “Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-IQ saylı Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə qanun layihələri müzakirə olunub.

Ziyafət Əsgərov hər üç qanun layihəsində redaktə xarakterli dəyişikliklər edildiyini bildirib. Təklif edilən dəyişikliklər “Elm haqqında” 2016-cı il 14 iyun tarixli 271-VQ nömrəli Qanuna uyğunlaşdırma məqsədi daşıyır.

“Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununa “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində” dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2017-ci il 1 fevral tarixli 508-VQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar dəyişiklik təklif edilir. Həmin dəyişikliyə əsasən Cinayət Məcəlləsinin 308-ci maddəsinin “Qeyd” hissəsinə “dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatları” sözlərindən sonra “publik hüquqi şəxslər” sözləri əlavə edilir.

Daha bir dəyişiklik isə “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” Qanuna edilir. Bu dəyişiklik texniki xarakter daşıyır. Belə ki, qanunun 12-ci maddəsinin üçüncü hissəsinə “və digər” sözlərindən sonra “kütləvi qırğın silahlarının,” sözləri əlavə edilir.

Sonra iclasda “Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası ilə İran İslam Respublikasının İqtisadi Məsələlər və Maliyyə Nazirliyi yanında Maliyyə Monitorinqi İdarəsi arasında cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində əməkdaşlığa dair” Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında”, “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında SAH/SAM/BDD (Sualtı Hücum/Sualtı Müdafiə/Birinci Dərəcəli Dalğıc) birgə təlim müddətində Ev Sahibi Ölkə dəstəyinin şərtlərinə dair” Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında” və “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Əfqanıstan İslam Respublikasının Müdafiə Nazirliyi arasında Əfqanıstan İslam Respublikasının Müdafiə Nazirliyinin xüsusi təyinatlı təhsil müəssisələrində təhsil almaları haqqında” Sazişin təsdiq edilməsi barədə” qanun layihələri müzakirə olunub.

Deputatlar müzakirə olunan məsələlərlə bağlı fikirlərini bildiriblər.

Müzakirələrdən sonra bütün məsələlər Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru