Xəbər Lenti
İnfoqrafika
Arxiv
Yazar

Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid ailələri İctimai Birliyinin Laçın rayon şöbəsi II Fəxri Xiyabanda Azərbaycanın Milli Qəhrəmanı İsrafil Şahverdiyevin anım tədbirini keçiriblər.
Tədbirdə şəhidin doğmaları, döyüş yoldaşları, ziyalılar, məktəblilər, və ictimayyət nümayəndələri iştirak edib.
FaktXəbər-in məlumatına görə, “Laçın yurdu” jurnalının baş redaktoru Arif Məmmədli Qarabağ müharibəsəində xüsusi qəhrəmanlığı ilə seçilən İsrafil Şahverdiyevin həyat yolu haqqında danışıb: "Laçından başlayaraq Qarabağın müxtəlif ərazilərində döyüş yolu keçən İsrafil Şahveriyev, Azərbaycanın Milli Qəhrəmanı, jurnalist Salatın Əsgərovanın həyatına qəsd edilən vaxt hadisə yerinə gələrək özünə söz verib ki, "And olsun namusuma, el qızı, sənin qanın yerdə qalmayacaq".
Çox çəkmir, cəsur kəşfiyyatçı, peşəkar əməliyyatçı qardaşı Rəsulla birlikdə əməliyyat zamanı on iki erməni hərbçisini məhv edirb. Salatının qatili də məhz bu dəstənin tərkibində öldürülür."
Cəsur kəşfiyyatçı 1994-cü il yanvar ayının 13-də, Lələtəpə yüksəkliyində döyüş yoldaşlarının həyatını xilas edərkən qəhrəmancasına şəhid olub. Azərbaycan Respublikası Prezidentinin 15 yanvar 1995-ci il tarixli 262 saylı Fərmanı ilə Şahverdiyev İsrafil Şahverdi oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.
Şəhidin həyat yoldaşı Hökumə Şahverdiyeva göstəridikləri diqqət və qayğıya görə tədbir iştirakçılarına təşəkkür edib.
- 13-11-2017 09:32 Bu gün Beynəlxalq Gözdən Əlillər günüdür
- 03-05-2017 10:35 Bu gün Beynəlxalq Söz və Mətbuat Azadlığı günüdür
- 01-05-2017 11:19 Bu gün 1 may beynəlxalq Əmək günüdür
- 22-04-2017 11:07 22 aprel – "Beynəlxalq Yer günü"dür
- 19-04-2017 22:17 XIX əsrdə Qarabağda yaşamış qaradərili kimdir? - MARAQLI
- 15-04-2017 10:23 Balakəndə Qafqaz Albaniyası dövrünə aid tarixi abidə tapılıb - FOTO
- 10-04-2017 10:06 İngiltərədə Qədim Romanın yaşayış məskəni aşkarlanıb - FOTO
- 31-03-2017 09:12 Bu gün Azərbaycanlıların Soyqırımı Günüdür
- 06-03-2017 09:01 Bu gün Məhəmməd Əmin Rəsulzadənin vəfatının ildönümüdür
- 25-02-2017 21:43 XX əsrin faciəsi: Xocalı soyqrımından 25 il keçir - VİDEO
- 23-02-2017 16:17 23 fevral hələ də bu ölkələrdə qeyd olunur...
- 11-02-2017 10:09 Şuşa rayonunun Malıbəyli və Quşçular kəndlərinin işğalından 25 il ötür
- 02-02-2017 10:56 2 fevral Gənclər günüdür!
- 31-01-2017 11:30 Sonuncu dağıdıcı Şamaxı zəlzələsindən 115 il keçir - FOTO
- 31-01-2017 09:34 Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür
- 27-01-2017 14:40 Xocalı soyqırımının 25-ci ildönümünə dair tədbirlər planı təsdiqlənib
- 20-01-2017 00:01 Azərbaycan 20 yanvar faciəsinin 27-cü ildönümünü qeyd edir
- 14-01-2017 14:02 Milli Qəhrəmanın anım tədbiri keçirilib - FOTO
- 12-01-2017 19:24 Tarix Muzeyində “Azərbaycan Səfəvilər dövləti” bölməsi yenilənib
- 09-01-2017 10:54 Azərbaycanın ilk şəhid qadın jurnalistinin ölümündən 26 il ötür
- 06-01-2017 10:55 Həyətindən xanlıq dövrünə aid gümüş pullar tapdı - VİDEO
- 28-12-2016 09:37 Xankəndinin işğalından 25 il ötür
- 19-12-2016 11:06 19 dekabr - Beynəlxalq Yoxsullara Yardım Günüdür
- 08-12-2016 11:41 İsmayıllıda 2300 il yaşı olan kərə yağı saxlanılır
- 03-12-2016 10:47 Bu gün Beynəlxalq Əlillər Günüdür

® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı
Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.
26-04-2018 13:10
ƏLAQƏLƏR
  (+994 70) 870-47-49      (+994 55) 786-96-84
  [email protected]