Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

24 Fevral

2017
12:17
797
Milli Qəhrəmanlar Əfqan Hüseynov və İnqilab İsmayılovun doğum günüdür

Əfqan Qaraxan oğlu Hüseynov 1963-cü il fevralın 24-də Bakı şəhərində anadan olmuşdur. O, Milli Qvardiyanın tərkibində alay komandiri kimi bir sıra döyüşlərə başçılıq etmiş, 1992-ci il noyabrın 1-də Qubadlı rayonunun Səfiyan və Quşçular kəndlərinin müdafiəsi zamanı qəhrəmanlıqla həlak olmuşdur. Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn edilmişdir.

İnqilab Ələkbər oğlu İsmayılov 1962-ci il fevralın 24-də Xocalıda anadan olmuşdur. Xocalı və ətraf ərazilərdə düşmənə qarşı rəşadətlə vuruşmuşdur. O, 1992-ci il yanvarın 12-də Daşbaşı yüksəkliyinin müdafiəsində iştirak etmiş, düşmənə ağır zərbələr vurmuş və qəhrəmanlıqla həlak olmuşdur. Cəsədini döyüş meydanından çıxarmaq mümkün olmamışdır.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru