Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

23 Fevral

2017
15:42
1068
Milli Qəhrəman Ərəstun Mahmudovun doğum günüdür

Milli Qəhrəman Ərəstun Mahmudovun doğum günüdür. Ərəstun İsfəndi oğlu Mahmudov 1957-ci il fevralın 23-də İsmayıllı rayonu Pirəbilqasım kəndində anadan olub, uşaq vaxtı ailəsi ilə birlikdə Bakı şəhərinə köçüb. O, Viborq şəhərində Mülki Aviasiya Məktəbini bitirib, keçmiş SSRİ-nin müxtəlif yerlərində xidmət keçib, 1990-cı ildən Qarabağda hərbi vertolyotun ekipaj üzvü kimi döyüşlərdə iştirak edib, 1992-ci il yanvarın 28-də Ağdam-Şuşa marşrutu üzrə növbəti uçuş zamanı düşmən raketi ilə vurulan vertolyotda həlak olub. 1992-ci il noyabrın 25-də Milli Qəhrəman adına layiq görülüb. Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn edilib. Bakı şəhərində 220 saylı orta məktəb onun adını daşıyır, yaşadığı binanın önünə xatirə lövhəsi vurulub.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru