Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

06 Fevral

2017
13:02
666
Milli Qəhrəman Mirəsgər Mirabdulla oğlu Seyidovun doğum günüdür

Milli Qəhrəman Mirəsgər Seyidovun doğum günüdür. Mirəsgər Mirabdulla oğlu Seyidov 1970-ci il fevralın 6-da Babək rayonu Qaraxanbəyli kəndində anadan olub. O, 1990-cı ildən yerli özünümüdafiə batalyonunun tərkibində Naxçıvanın cəbhəboyu kəndlərinin müdafiəsində sücaətlə vuruşub, cəsurluğu ilə ad qazanıb, 1992-ci il iyunun 14-də Yuxarı Buzqov kəndi yaxınlığında döyüşdə son gülləsinə qədər vuruşub, döyüş yoldaşlarını xilas edərkən yaralanıb və şəhid olub. 1992-ci il dekabrın 18-də Milli Qəhrəman adına layiq görülüb. Naxçıvan şəhərində Şəhidlər Xiyabanında dəfn olunub. Oxuduğu 15 saylı Naxçıvan şəhər orta məktəbi onun adını daşıyır.

Система Orphus Mətndə orfoqrafik səhv aşkar etdinizsə, həmin hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru