Tarix:28-02-2017 15:15
Milli Qəhrəman Hüseynov Elman Süleyman oğlunun doğum günüdür
Şərh yaz
Hüseynov Elman Süleyman oğlu 28 fevral 1952-ci ildə Tərtər rayonunun Azad Qaraqoyunlu (İlxıçılar) kəndində doğulub. 1958-1968-ci illərdə Azad Qaraqoyunlu kənd orta məktəbində orta təhsil alıb. 1968-ci ildə Azərbaycan Dövlət Politexnik İnstitunun hidro-meliorasiya fakültəsinə qəbul olub, 1973-cü ildə mühəndis ixtisası alaraq təhsilini başa vurub. 1973-1975-ci illərdə Gürcüstanın Axalkalaki şəhərində leytenant rütbəsində zabit kimi xidmət edib.
 
1980-1982-ci illərdə Bakı Ali Partiya Məktəbində təhsil alıb. 1982-1985-ci illərdə Tərtər rayon Xalq Nəzarəti Komitəsinin sədri, 1985-1988-ci illərdə Tərtər rayon Xalq Deputatları İcraiyyə Komitəsi sədrinin birinci müavini, 1988-1990-cı illərdə Tərtərçay hidroqovşağı İstismar İdarəsinin rəisi, sonra isə rayon Partiya Komitəsində təlimatçı vəzifələrində çalışıb. Dəfələrlə rayon sovetinə deputat seçilib.
 
Nazirlər Kabineti nəzdində Xalq Təsərüffatını İdarəetmə İnstitunu fərqlənmə diplomu ilə bitirib.
 
1991-ci ildə yüksək dövlət vəzifələrində işləməsinə baxmayaraq könüllü olaraq Tərtərin müdafiəsi üçün tabor yaradılması ilə bağlı Müdafiə Nazirliyinə müraciət edib, 1991-ci ilin sentyabrında Tərtər özünümüdafiə qərərgahının rəisi, 1991-ci ilin noyabrında Tərtər ərazi özünü müdafiə batalyonunun komandiri təyin olunub. Ağdərə rayonunun və ətraf yaşayış məntəqələrinin düşməndən azad olunmasında fəal iştirak edib. Şəxsi rəhbərliyi altında keçirilmiş döyüş əməliyyatları nəticəsində düşmənin xeyli canlı qüvvəsi və texnikası məhv edib.
 
Döyüşlərdə iki dəfə yaralanıb. 1993-cü il yanvarın 14-də Vəng yüksəkliyi uğrunda gedən döyüşdə qəhrəmancasına şəhid olub.
 
1995-ci il yanvarın 15-də respublika Prezidentinin fərmanı ilə ölümündən sonra Elman Süleyman oğlu Hüseynova "Azərbaycan Milli Qəhrəmanı" adına layiq görülüb.
 
Tərtər rayonunun Qaraqoyunlu kəndində dəfn edilib, adına küçə var.
 
Tərtər rayonunda qəhrəmanın büstü qoyulub. Qəhramanın adına muzey var.
Orphus system Mətndə orfoqrafik səhv aşkar etdinizsə, həmin hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
İmza :
Teqlər :
Milli - Qəhrəman - Hüseynov - Elman - Süleyman - oğlunun - doğum - günüdür -
Paylaş :
Mail Yazdır Şərh yaz 0 dəfə şərh edilib
Tarix:28-02-2017 15:15 - Oxundu: 409
Vətən uğrunda
25-04-2017 10:47 Azərbaycanın ilk Milli Qəhrəmanının həyat hekayəsi - VİDEO
18-04-2017 14:17 Aprel şəhidinin son sözləri öz səsindən... - VİDEO
17-04-2017 14:02 "Erməni polislər səngərdən qaçan əsgərlərin qabağına dururdu"
17-04-2017 13:43 Şəhid Mübariz İbrahimovdan bəhs edən filmin ilk fraqmenti yayılıb - VİDEO
13-04-2017 12:51 Hamı onun öz toyunda dediyi sözü xatırlayır - ŞƏHİD OLMAQ İSTƏYİRƏM
06-04-2017 13:07 Kumiri Hacı Şahin olan Aprel şəhidi Mahir Mirzəyev - VİDEO
06-04-2017 11:07 Şəhid oğlu: Hər zaman atamla fəxr etmişəm - VİDEO
04-04-2017 09:54 Kəşfiyyata - onunla birgə getməli…
03-04-2017 14:58 Həyatını hərbə bağlamaq istəyən Aprel şəhidi Əbülməcid Axundov - VİDEO
03-04-2017 10:44 Talış yüksəkliyi barədə İLK DƏFƏ yayımlanan görüntülər - VİDEO
31-03-2017 16:43 Ürəklərdə heykəlləşən gənc heykəltəraş - FOTO
31-03-2017 15:09 Şəhid olmaq istəyən xüsusi təyinatlı Emin Bağırov - VİDEO
30-03-2017 14:44 Əsgərliyə gedəndə anasının ayağından öpən Aprel şəhidi - VİDEO
29-03-2017 11:59 Mübariz İbrahimova qibtə edən Aprel şəhidi Fəxrəddin Qurbanlı - VİDEO
28-03-2017 11:12 Milli Qəhrəman Anatoli Nikolayeviç Davidoviçin doğum günüdür
27-03-2017 16:34 Aprel şəhidi: Ana, mən şəhid olsam başını dik tut - VİDEO
17-03-2017 11:28 Novruzda məhəllənin uşaqlarını ətrafına toplayan Aprel şəhidi - VİDEO
14-03-2017 15:21 Uşaqlığından Kirovun heykəlinin yerində Koroğlunu görmək istəyən şəhid
28-02-2017 15:15 Milli Qəhrəman Hüseynov Elman Süleyman oğlunun doğum günüdür
25-02-2017 14:27 "Ağla qərənfil" şerinə görə Xocalı şəhidindən imtahan götürməyiblərmiş - VİDEO
24-02-2017 12:17 Milli Qəhrəmanlar Əfqan Hüseynov və İnqilab İsmayılovun doğum günüdür
23-02-2017 15:42 Milli Qəhrəman Ərəstun Mahmudovun doğum günüdür
22-02-2017 13:42 Xocalıda oğlu itkin düşən ananın sözləri hər kəsi göz yaşına boğur - VİDEO
07-02-2017 09:20 Bu gün 3 Milli Qəhrəmanın ad günüdür
06-02-2017 13:02 Milli Qəhrəman Mirəsgər Mirabdulla oğlu Seyidovun doğum günüdür
03-02-2017 09:14 Qəbirləri düşmən əlində olan şəhid qardaşlar - VİDEO
02-02-2017 14:03 Milli Qəhrəmanlar Bəylər Ağayev və Şahin Tağıyevin doğum günüdür
27-01-2017 16:11 Milli Qəhrəman Cəlil Səfərovun doğum günüdür
26-01-2017 15:11 Şuşada doğulmuşdu, Horadizdə şəhid oldu - VİDEO

Xəbər Lenti
Bu gün ən çox oxunanlar

Prezidentlərin maaşı nə qədərdir? - FOTO
28-04-2017 11:00
Bakıda milyarderin bahalı avtomobili satışa çıxarıldı
28-04-2017 10:38
Şəhid Polkovnikin həyat yoldaşı: Heç olmasa şəhidin adına hörmət edin
28-04-2017 15:14
Övladınızı təhlükələrdən qoruyacaq 10 faydalı TÖVSİYƏ
28-04-2017 15:25
Putinin qızı Hollandiyadakı malikanəsini satışa çıxardı
28-04-2017 11:44
Tramp RƏM sisteminə görə Seuldan 1 milyard dollar istədi
28-04-2017 09:51
Azərbaycanın iki rayonuna yeni polis rəisi təyin edilib
28-04-2017 10:34
Türkiydə referendumun yekun nəticələri təsdiqləndi
28-04-2017 08:18
Həftənin ən gözəl qolları - VİDEO
28-04-2017 10:52
Əflatun Amaşovdan Mariya Zaxarovaya sərt CAVAB
28-04-2017 10:46
Sorğu
Səs ver Nəticələr

Ölkə Siyasət
Dünya Münasibət
Hüquq İqtisadiyyat
Hərb Təhsil
Araşdırma Analiz
Hadisə, Kriminal Top Secret
İdman Maraq Dünyası
Mənəviyat Ailə-Uşaq
Sağlamlıq Foto
Tarix Video
Texnologiya Mədəniyət
Reportaj Vətən uğrunda
Рейтинг@Mail.ru ® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


Rss - Saytın Xəritəsi - Dizayn : AA Design

Faktxeber.az