Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

07 Aprel

2017
16:13
545
Mikayıl Cabbarov: İngilis dilində təhsil alan tələbələrin sayı artır

Azərbaycan ali məktəblərində ingilis dilində təhsil alan tələbələrin və tədrisi ingilis dilində olan ixtisasların sayı artır. Bunu təhsil naziri Mikayıl Cabbarov Azərbaycan-Avstriya turizm proqramının 10 illik yubileyi ilə bağlı "Azərbaycan-Avstriya Turizm Proqramı: Azərbaycanda ilk ikili diplom proqramı təcrübəsi: nailiyyətlər və perspektivlər" mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı deyib.

Nazir bildirib ki, ingilis dilində təhsil alan tələbələrin və tədrisi ingilis dilində olan ixtisasların sayının artması gələcəkdə əmək bazarında rəqabət mühitini gücləndirəcək.

M.Cabbarov deyib ki, son illərdə prezident İlham Əliyevin təşəbbüsü ilə Azərbaycanda birgə universitet formatı tətbiq edilib: "Bizim üçün əsas vacib olanı milli universitetlərimizin tərkibində fəaliyyət göstərən müəllim-pedaqoji heyətin tərkibinin zənginləşdirilməsi, tələbələrin akademik göstəricilərinin yüksəlməsidir. Ölkəmizdə təhsilin inkişafı üçün biz çoxtərəfli alətlərdən istifadə etməyə çalışırıq. Burada bizim əsas tərəfdaşımız Avropa İttifaqıdır. Bu qurumla bəzi layihələr həyata keçirilir". (Trend)

Система Orphus Mətndə orfoqrafik səhv aşkar etdinizsə, həmin hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru