Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

04 Sentyabr

2017
09:45
597
Məhəmmədrəsul Məcidov: Azərbaycan adına üçüncü qızıl medalı qazandığım üçün qürur duyuram

Almaniyanın Hamburq şəhərində keçirilən boks üzrə dünya çempionatında 1 qızıl və 1 bürünc medal qazanan Azərbaycan yığması Vətənə qayıdıb.

FaktXəbər-in məlumatına görə, jurnalistlərin suallarını cavablandıran üçqat dünya çempionu Məhəmmədrəsul Məcidov (91 kq-dan yuxarı) bildirib ki, Azərbaycan adına üçüncü qızıl medalı qazanmasından qürur duyur. “Çox gözəl hisslərdir. Əlbəttə ki, döyüşlərim, xüsusilə də final asan keçmədi. Ancaq əla hazırlaşmışdım. Məşqçilər heyətinin və rəhbərliyin dəstəyini qeyd etməliyəm. Bütün bu məqamların köməyi ilə qələbə qazana bildim”, - deyə M.Məcidov bildirib.

Azərbaycan yığması üzvlərinin hakim haqsızlığı ilə üzləşdiyini diqqətə çatdıran M.Məcidov deyib: “Bizim uşaqlardan heç biri uduzmadı. Hər biri layiqli mübarizə apardı. Bir bürünc medalımız da var. Buna görə də düşünürəm ki, yaxşı nəticə qazanmışıq. Avropada birinci yerdə qərarlaşdıq. Dünyada isə dördüncü olduq. Mundiala cəmi 4 idmançı ilə yollansaq da, bu nəticəmiz əladır”.

Komandamızın çıxışını yüksək qiymətləndirən Azərbaycan Boks Federasiyasının baş katibi Nağı Səfərov deyib: “Xalqımızı və bokssevərləri bu qələbə münasibətilə təbrik edirəm. Dünyada cəmi 7 boksçu 3 dəfə dünya çempionu olmağı bacarmışdı. M.Məcidov da bu siyahıda səkkizinci oldu. Məhəmmədrəsul təkcə dünya çempionu olmadı, o, həm də idmançılarımıza qarşı hakim qərəzi üzərində qələbə əldə etdi. Komandamız dünya çempionatına dörd idmançı ilə yola düşmüşdü. Təmsilçilərimizdən Lorenzo Sotomayor və Pərviz Bağırovun yolu yenə də hakimlər tərəfindən kəsildi. Ancaq nə qədər çalışsalar da, M.Məcidov və Kamran Şahsuvarlının qarşısını ala bilmədilər. Bütün dünya və hamınız şahid oldunuz ki, hətta tam qələbə olduğu halda belə hakimlərin bəziləri ədalətsizlik edirdilər. Buna baxmayaraq, M.Məcidov bu ədalətsizliyi dəf edərək adını tarixə qızıl hərflərlə yazdırdı”.

Xatırladaq ki, dünya çempionatında yığmamızın heyətində Məhəmmədrəsul Məcidov qızıl, Kamran Şahsuvarlı isə bürünc medal qazanıb.

Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru