Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

26 Mart

2018
16:26
1473
Məhəmməd bin Salman: Vəhabi terrorçularını Səudiyyənin vəqfləri maliyyələşdirir

Səudiyyə Ərəbistanının kral varisi və müdafiə naziri Məhəmməd bin Salman Səudiyyənin maraqlarına görə Tramp hökumətində dayaq tapmaq üçün ABŞ prezidentinin kürəkəni, Ağ Ev müşaviri Jared Kuşnerlə gizli məlumat mübadiləsi apardığını təkzib edib.

FaktXəbər-in məlumatına görə, "Washington Post"a müsahibəsində bin Salman bildirib ki, bu cür əlaqə onlara yardım etməyəcək.

Qeyd edək ki, media Məhəmməd Bin Salmanın Kuşnerin cibində olduğunu yazaraq, hər iki çşəxsin ötən ilin oktyabr ayında Riyadda görüşdüyünü və Kuşnerin təkliflərə "yaşıl işıq" yandırdığını vurğulayıb. Bundan bir müddət sonra isə kral ailəsinə yaxın iş adamlarının böyükmiqyaslı həbsi başladı.

Vaşinqtondakı 4 günlük səfərinin son günündə "The Post"a 75 dəqiqəlik toplantıda Məhəmmədə Yəməndəki müharibədən Orta Şərqdəki sülh danışıqlarına, insan haqları və Səudiyyənin nüvə planları kimi çoxlu sayda suallar ünvanlanıb.  

Bin Salman bildirib ki, Səudiyyə Ərəbistanı nüvə reaktoru üçün uranı xaricdən almaq əvəzinə, özü zənginləşdirmək istəyir. O əlavə edib ki, Ərəbistanda dünyadakı nüvə ehtiyatlarının 5 faizi var və bunu istifadə etməsələr, neftdən istifadə etməmiş kimi olarlar. 

Kralın varisi Orta Şərqdə bəzi problemlər çözülərsə, iqtisadiyyatın güclənəcəyini və yeni Avropa olacağını bildirib: "Bunlardan biri on illərdir davam edən İsrail-Fələstin münaqişəsidir. Tramp sülh planı hazırlamaq üçün Kuşneri məsul edib."

"Post"un yazdığına görə, plan hazır olduqda Kuşner Səudiyyəni və digər ərəb ölkələrini fələstinliləri planla razılaşmaları üçün yardım etməyə çağıracaq.

Məhəmməd bin Salman Yəmənlə bağlı sualı cavablandırarkən bildirib ki, ölkəsi Yəmən müharibəsində insanların həyat şəraitinin yaxşılaşdırılması üçün hər hansı humanitar şəraitdən imtina etməyəcək.

Onun bu sözlərinə baxmayaraq, Beynəlxalq İnsan Haqları Təşkilatı (HRW) Səudiyyənin bombardmanları nəticəsində Yəməndə 10000-dən çox mülki vətəndaşın öldüyünü, 53 mindən çoxunun yaralandığını yazıb. Bundan əlavə, Səudiyyənin blokadasına görə humanitar yardımlardan kənarda qalan Yəməndə dərman çatışmazlığı yaranıb və bunun nəticəsi olaraq da hər gün Yəməndə difteriya və vəbadan uşaqlar ölürlər. Həmçinin qida çatışmazlığından da hər gün 130 uşağın öldüyü də YUNİSEF-in məlumatları arasındadır. Təkcə 2017-ci ildə Yəməndə Səudiyyənin müharibəsinə görə ölən uşaqların sayının 50 mindən çox olduğu bildirilir. BMT hesabatlarında bildirilir ki, 3 milyon yəmənli müharibəyə görə evlərindən didərgin düşüb və 27 milyon əhalisi olan Yəmənin 18.8 milyonunun ərzaq çatışmazlığı var.

Səudiyyədə qadınların haqları barədə də danışan Məhəmməd bin Salman, "mühafizəkar dini liderlərlə çox mübarizə apardım. Onlara izah elədim ki, tətbiq etdikləri qadağaların İslamla heç bir əlaqəsi yoxdur", - deyə bildirib.

"Dünyada terror əsdirən vəhabi cərəyanının Səudiyyə Ərəbistanı tərəfindən maliyyələşdirildiyi" ilə bağlı sualı cavablandıran Bin Salman maraqlı açıqlama verib. O, rəsmi olaraq təsdiqləyib ki, vəhhabi terrorçularını Səud hökuməti maliyyələşədirib və indi də müxtəlif fondlar tərəfindən dəstəklənir: ""Soyuq müharibə" dövründə müttəfiqlərimiz bizdən xahiş etdilər ki, Sovet İttifaqındakı müsəlman ölkələrinin məscid və mədrəsələrini maliyyələşdirək. Bunda məqsəd Sovetin təsirini azaltmaq idi. Biz də bu işləri həyata keçirdik, amma sonradan Səud hökuməti nəzarəti itirdi. Amma indi nəzarəti yenidən geri qaytarmalıyıq. Hazırda onların maliyyləşdirmə işləri Səudiyyənin vəqfləri tərəfindən həyata keçirilir."

Qeyd edək ki, vəhabi terrorçularının Səudiyyə tərəfindən maliyyələşdirildiyi ilk dəfə olaraq bir dövlət rəsmisi tərəfindən etiraf edilir. Amma burada Bin Salman dolayısı ilə məsuliyyətdən boyun qaçırmaq istəyərək, nəzarəti itirdiklərini və hazırda onları maliyyələşdirmədiklərini bildirir. Ardınca isə vurğulayır ki, terrorçuların maliyyələşdirilməsi işlərini hazırda Səudiyyədəki bəzi vəqflər həyata keçirir. Amma bir müddət əvvələ kimi qadınların maşın sürməyinə, seçkilərdə iştirak etməyinə belə, qadağa qoyan bir hökumətin sözügedən vəqflərə nəzarət etməməsi gülüc iddiadır.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-04-2018 03:19

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com



Рейтинг@Mail.ru

DMCA.com Protection Status