Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

31 Avqust

2017
14:41
725
Məhkəmə Mehman Əliyevin şikayətini təmin etmədi

Avqustun 31-də Yasamal rayon Məhkəməsində hakim Hüseyn Səfərovun sədrliyi ilə “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyevin qanunsuz tutulmasına (həbsdən əvvəl) dair şikayəti təmin edilməyib. Məhkəmə prosesi qapalı keçirilib, prosesdə Mehman Əliyevin özü və vəkilləri Fuad Ağayev və Fariz Namazlı iştirak ediblər. 

Vəkil Fuad Ağayev mediaya açıqlamasında Mehman Əliyevin şübhəli şəxs qismində tutulması üçün heç bir əsasın olmadığını qeyd edib:

“Yasamal məhkəməsi Mehman Əliyevin tutulmasını onunla əsaslandırdı ki, 25 avqustda o artıq şübhəli deyil, təqsirləndirilən şəxs qismində həbs edilib. Burada adi məntiq və zaman ardıcıllığı var; 24-də baş verənləri sonradan olmuş hərəkətlərlə necə əsaslandırmaq olar? “

Qeyd edək ki, avqustun 7-də “Turan” İnformasiya Agentliyinə qarşı cinayət işi açılıb və bir gün sonra agentlikdə səyyar vergi yoxlamasına başlanılıb. Vergilər Nazirliyi media qurumunu 2014-2016-cı illərdə 37 min manat məbləğində vergi ödəməkdən yayınmaqda ittiham edib. Avqustun 24-də agentliyin direktoru Mehman Əliyevə qarşı CM-nin 213.1 (vergidən yayınma), 308.1 (vəzifədən sui-istifadə) və 192.1 (qanunsuz sahibkarlıq) maddələri ilə ittiham irəli sürülərək iş üzrə şübhəli şəxs qismində 48 saatlıq saxlanma qərarı çıxarılıb. Avqustun 25-də Yasamal rayon Məhkəməsi Mehman Əliyev barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçib. O hal-hazırda Kürdəxanı Təcridxanasında saxlanılır.

Məqalədə : Məhkəmə 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru