Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

12 İyul

2017
17:00
231
Məhkəmə Hacıbala Abutalıbov üzərinə öhdəlik qoydu

Bakı şəhər 1 saylı İnzibati-İqtisad Məhkəməsi, Bakı şəhər icra hakimiyyətinin üzərinə Turan agentliyinin informasiya sorğusuna cavab vermək öhdəliyi qoyub. Bu qərarı hakim Elçin Məmmədov qəbul edib.

İnformasiya sorğusu bu il yanvarın 24-də İH başçısı Hacıbala Abutalıbovun adına göndərilib. İddia isə fevralın 23-də verilib.

Meriyaya verilən suallar Buzovna qəsəbəsi, Sübhi 2 küçəsində yerləşən binanın 8 və 9-cu mərtəbələrində 2016-cı il dekabrın 8-də baş vermiş yanğının ziyan vurduğu iki mənzilin aqibəti ilə bağlı idi.

Bina Bakı şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfat Departamentinin 1 saylı Xüsusi Mənzil-Kommunal Təsərrüfat Birliyinin icraatındadır.

Agentliyin və bina sakinlərinin öz hüquqları uğrunda birgə mübarizəsi nəticəsində təmir işləri həyata keçirilib - evlərin balkonlarında pəncərələr bərpa olunub və binanın ziyan dəymiş fasadı təmir edilib. Bu barədə agentlik mayın 15-də məlumat yayıb.

Amma mayın 16-da cavabdeh məhkəməyə sözügedən binada liftin təmir edilməsi və blokda kosmetik təmir işləri haqqında məlumat verib və 8 və 9-cu mərtəbələrdəki mənzillərə dəyən ziyanın yanğının təqsirkarı - 7-ci mərtəbədəki mənzilin sahibi S.Mahmudov tərəfindən ödənilməli olduğunu bildirib.

Beləliklə, Bakı şəhər İH ziyan dəyən mənzillərin pəncərələrinin dəyişdirilməsinin və fasadının təmirinin meriyanın öz inşaat departamenti tərəfindən həyata keçirildiyindən xəbəri belə yoxdur.

İH həmçinin agentliyin sorğusuna cavab verməyi vəd edib, amma indiyədək bunu etməyib.

Məqalədə : Hacıbala Abutalıbov 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru