Tarix:11-01-2017 21:09
Məhkəmədə Akif Çovdarovla zərərçəkən arasında mübahisə yaranıb
Şərh yaz
Bu gün Sabunçu Rayon Məhkəməsinin inzibati binasında ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
 
Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə qapalı keçirilən prosesdə zərərçəkmiş qismində Biləcəri bələdiyyəsinin sabiq sədri İlham Xəlilov ifadə verib.
 
A.Çovdarovun vəkili Sadiq Rəsulov "Report"a bildirib ki, şahid əvvəlcə Binəqədi bələdiyyəsinin keçmiş sədri Elman Salmanova zəng edərək, MTN-dən pul istənildiyini deyib: "Amma o, məhkəmədə söylədi ki, Elman da ona zəng edərək, MTN-ə çağırıldığını, pul istənildiyini deyib. İlham Xəlilov MTN-də 4-cü mərtəbədə Akif Çovdarova pul verdiyini söylədi. Ancaq həmin vaxt Akif Çovdarovun xidməti otağı 1-ci mərtəbədə olub. İlham Xəlilov deyir ki, pulun qalan hissəsini Akif Çovdarovun xidməti maşınında ona verib. Amma Akif Çovdarovun həmin vaxt xidməti maşını olmayıb".
S.Rəsulov söyləyib ki, İ.Xəlilov istintaqda A.Çovdarov tərəfindən hədələndiyini və pul tələb etdiyini deyib: "Lakin məhkəmədə Adil Yaqubov tərəfindən hədələndiyini bildirdi".
A.Çovdarov məhkəmədə E.Salmanova cavab olaraq "sənin ağsaqqalını tanıyıram, münasibətimiz də var. Əgər belə bir şey olubsa, sənin ağsaqqalın niyə mənə zəng edib demirdi ki, "Akif, Elmandan niyə pul istəyirsən?". Bu deyilənlər yalandır".
S.Rəsulov A.Çovdarovun çıxışında İ.Xəlilovun onun adından yalan danışaraq kimlərdənsə pul aldığını deyib.
Binəqədi kənd qəsəbəsi bələdiyyəsinin sabiq sədri Elman Salmanov isə jurnalistlərə açıqlamasında qeyd edib ki, İ.Xəlilov ona MTN-dən pul istənildiyini deyib: "Bunun üçün İlham Xəlilova 150 min manat verdim. Mənim bir maşınım var idi, onu satıb, həmin pulu da verdim. Həmin vaxt Akif Çovdarovu görməmişəm".
 
İttiham aktına əsasən, İ.Xəlilov istintaqda dindirilərkən bildirib ki, 2008-ci ilin martında tanışı Adil Yaqubov ona A.Çovdarovun yanına getmək barədə xəbər çatdırıb.
Cinayət işində göstərilib ki, A.Yaqubov A.Çovdarov MTN-ə gəlməmişdən əvvəl polisdə onunla bir yerdə işləyib, sonradan isə təqaüdə çıxıb. Onun sonuncu işi isə A.Çovdarovun Masazırdakı istixanasını idarə etmək olub. O, 2010-cu ildən A.Çovdarovun həyat yoldaşı İbadət Çovdarovaya məxsus “Bəhrə-2010” MMC-nin direktoru vəzifəsində çalır.
Bələdiyyə sədri İ.Xəlilov istintaqa ifadəsində deyib ki, A.Yaqubovun xəbərdarlığından sonra MTN-in inzibati binasına gedərək A.Çovdarovla görüşüb. Onun sözlərinə görə, qısa danışıqdan sonra ondan 100 min istənilib. Binəqədi kənd qəsəbəsinin bələdiyyəsinin sabiq sədri E.Salmanovdan isə 150 min gətirməsi tələb olunub. A.Çovdarov bu ismarıcın E.Salmanova onun çatdırmasını tapşırıb.
A.Çovdarovun göstərişini alan E.Salmanov cəmi 90 min manat, İ.Xəlilov isə 50 min manat düzəldə biliblər. İ.Xəlilov həmin pulu götürüb, Rəsulzadə-Biləcəri yolunda A.Çovdarovun göndərdiyi adamlara verib. Qalan 110 min manatı isə 1 ay sonra A.Yaqubova çatdırıblar.
İ.Xəlilov ifadəsində göstərib ki, 2014-cü ilin sonlarında A.Çovdarov zəng vuraraq əmr edib ki, Masazırda, “Zəli gölü”nün yaxınlığında 10 hektar torpaq sahəsini A.Yaqubovun adına sənədləşdirsin.
 
Bunlardan əlavə ondan 120 min də tələb oluduğunu deyən bələdiyyə sədri A.Çovdarovdan “Sən generalı barmağına dolamısan? Deyəsən məni yaxşı tanımırsan. Səni həbs edərəm, başına torba keçirdib podvala ataram” deyə təhdidlər də eşitdiyini söyləyib.
Günün ikinci yarısında davam etdirilən prosesdə İ.Xəlilov dövlət ittihamçısı və təqsirləndirilən şəxsin suallarını cavablandırıb.
Bu zaman A.Çovdarov üzünü İ.Xəlilova tutaraq deyib: "Mən səndən pul almamışam. Pul almışamsa, yalançının var-yoxunu deyərdim. Amma zalda qadınlar var deyə, söyüş söymürəm".
 
Daha sonra Adil Yaqubov və A.Çovdarovun sürücüsü Nurxan Atakişiyev ifadə verib.
A.Yaqubov ifadəsində bildirib ki, İ.Xəlilovdan pul almayıb. N.Atakişiyev zərərçəkmiş İ.Xəlilovun yalan danışdığını söyləyib.
Məhkəmənin növbəti prosesi yanvarın 16-na təyin edilib. (Report)
Orphus system Mətndə orfoqrafik səhv aşkar etdinizsə, həmin hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
İmza : N
Teqlər :
Çovdarov - məhkəmə - MTN - mübahisə -
Paylaş :
Mail Yazdır Şərh yaz 0 dəfə şərh edilib
Tarix:11-01-2017 21:09 - Oxundu: 373
Hüquq
22-04-2017 21:38 Mehman Hüseynov cəzaçəkmə müəssisəsinə köçürülüb
22-04-2017 15:00 Mehman Hüseynov həbsxanaya köçürüldü
22-04-2017 12:40 "Azəriqaz" "Azəristiliktəchizatı" məhkəməyə verdi - Borca görə
22-04-2017 12:06 Türkiyədə hakim rüşvət aldığı üçün həbs edildi
20-04-2017 21:38 Mehman Hüseynov əməliyyat olunacaq
20-04-2017 20:35 Azərbaycanda oğurluq cinayətinə görə cərimələr artırılır
20-04-2017 18:14 Bakı Şəhər Baş Polis İdarəsində geniş əməliyyat müşavirəsi keçirilib
19-04-2017 15:50 Bloger Mehman Hüseynovun həbsxanaya köçürülməsi gözlənilir
19-04-2017 15:33 Apellyasiya Məhkəməsi "Azərsu" barədə qərar çıxardı: CAVAB VER!
19-04-2017 15:19 Rüşvətdən uzaq durun - Cərimə və cəza dəyişdirilir
19-04-2017 15:07 Əli Kərimlini istintaqa çağırıblar
19-04-2017 14:31 Vəkil: Şeyx Sərdarın həbs müddəti bir daha uzadıldı
19-04-2017 14:18 Prokuror Yunusların məhkəməyə gəlmələrini tələb etdi
19-04-2017 11:34 Seçki prosesinə mane olmaya görə cərimələr artırılır
19-04-2017 10:59 Böhtan atmağınız sizə çox baha başa gələ bilər: Cərimə artırıldı
18-04-2017 20:12 Cinayətə görə cərimənin maksimum həddi iki dəfə artırılır
18-04-2017 17:26 Penitensiar xidmətdə kadr dəyişikliyi olub
18-04-2017 17:15 Bakıda 6 nəfərin qatilinə cəmi 10 il verdilər
18-04-2017 09:44 AXCP sədrinin köməkçisinə qarşı yeni ittiham irəli sürülüb
17-04-2017 21:10 Lapşin təcridxananın tibb məntəqəsinə köçürüldü
17-04-2017 11:39 12 rayonun ərazilərinin bələdiyyə xəritələri hazırlanır
15-04-2017 12:56 QMİ-nin sektor müdiri Elşən Mustafaoğlu haqda qərar verildi
14-04-2017 10:49 Akif Çovdarovun məhkəmə görüntüsü yayılıb - FOTO
13-04-2017 21:58 Nazir: "Azərbaycan Prezidenti tərəfindən 3 800-dən çox məhkum əfv edilib
13-04-2017 21:12 Azərbaycanda bir neçə hakim İŞDƏN ÇIXARILDI
13-04-2017 14:36 Avropa Məhkəməsindən Elmar Hüseynovun qətli ilə bağlı qərar
13-04-2017 11:50 FETÖ işi ilə əlaqədar AXCP üzvünün məhkəməsi başlayıb
12-04-2017 21:14 Əli İnsanov məhkəmədə ifadə verib
12-04-2017 10:51 Siqarətdən sonra sulu qəlyanın da qadağan edilməsi tələb olundu
12-04-2017 10:44 Braziliyada 9 nazir və 71 deputat barəsində istintaq açıldı
12-04-2017 10:04 Baş prokuror Beyləqanda vətəndaş qəbulu keçirəcək
11-04-2017 15:48 "Azərsu" və İdman Nazirliyində yeyinti - RƏSMİ AÇIQLAMA
11-04-2017 15:29 Moldovada 19 dövlət məmuru həbs edildi
11-04-2017 14:52 Zərərçəkmiş: "MTN əməkdaşları məndən külli miqdarda pul istədilər"
11-04-2017 14:06 Azərbaycanda siqaretdən istifadənin qadağan olunacağı yerlərin SİYAHISI
11-04-2017 12:59 Sosial mənzilin alınması üçün aylıq ödəniş açıqlandı - 300 manat
11-04-2017 10:40 Rusiyalı milyarder muxalifət lideri Navalnını məhkəmə verəcək
11-04-2017 10:22 Azərbaycanda "milliyət" anlayışı "etnik mənsubiyyətlə" əvəz olunacaq
10-04-2017 22:37 ANS-çilərdən hakimlərə ETİRAZ
10-04-2017 15:24 Yol hərəkatının pozulmasına görə büdcəyə daxil olan vəsait artıb
08-04-2017 13:07 "Sovet" vaxtı yüksək vəzifə tutan məmurlarla bağlı hüquqi dəyişiklik
07-04-2017 21:18 Aleksandr Lapşinin həbs müddəti üç ay uzadılıb
07-04-2017 17:09 Müflis olan bankların rəhbərlərinin mülkləri müsadirə olunacaq
06-04-2017 17:14 8 il imtahandan kəsilən qız TQDK-nı məhkəməyə verdi
06-04-2017 16:37 Natiq Kərimov və İnqilab Əhədovun məhkəmə istintaqı başa çatıb
06-04-2017 16:17 "Kreditlərin ayrılmasına göstəriş Cahangir Hacıyev tərəfindən verilib"
06-04-2017 10:08 Vahid Mustafayev ANS-in açılmasından danışdı - VİDEO
05-04-2017 14:35 İş adamı: "MTN-in maskalıları toyun ortasında zala girdi"
05-04-2017 14:15 Azərbaycan Dəmir Yolları: Günahkar sürücüdür
04-04-2017 13:43 Qızıl alverçisi: "MTN-də məni təhqir etdilər"
04-04-2017 10:21 Türkiyədə aralarında prokurorların olduğu 41 nəfər həbs edildi
03-04-2017 17:30 ANS Avropa Məhkəməsinə şikayət edib
03-04-2017 16:20 "Siyasi məhbus siyahısı": 9 nəfər çıxdı, 6 nəfər əlavə edildi
03-04-2017 15:22 “Bizim market” lərin sahibinin milyonlarla manatlıq maxinasiyaları, ailə üzvlərinin həbsi
03-04-2017 13:01 Generalın hərbi qiyam ərəfəsində Azərbaycanda hansı abonentə zəng vurduğu üzə çıxdı
03-04-2017 12:06 Ölkədən qanunsuz valyuta çıxarılmasının qarşısı alınıb
01-04-2017 10:31 "6 nəfəri öldürən bir şəxs necə azadlıqda qala bilərdi?"
31-03-2017 10:15 Sürücülərin nəzərinə - "Avtobus zolaqları" ilə bağlı bilmədikləriniz
30-03-2017 15:30 Dərmanlara sertifikat verilməsi qaydası dəyişdirilir
30-03-2017 13:33 Ali Məhkəmə "United Credit Bank"ın əleyhinə qərar verib

Xəbər Lenti
Bu gün ən çox oxunanlar


Sorğu
Səs ver Nəticələr

Ölkə Siyasət
Dünya Münasibət
Hüquq İqtisadiyyat
Hərb Təhsil
Araşdırma Analiz
Hadisə, Kriminal Top Secret
İdman Maraq Dünyası
Mənəviyat Ailə-Uşaq
Sağlamlıq Foto
Tarix Video
Texnologiya Mədəniyət
Reportaj Vətən uğrunda
Рейтинг@Mail.ru ® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Firefox 3.6+, GoogleCrome10+, Opera 9+, Macromedia Flash, 1360 x 768

Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


Rss - Saytın Xəritəsi - Dizayn : AA Design

Faktxeber.az