Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

27 Mart

2017
16:06
1638
Mühafizəçilər üçün yeni ayaqqabı icad edildi - FOTO

Türkiyənin Şanlıurfa vilayətində xüsusi mühafizə xidməti işçisi olan 38 yaşlı İbrahim Xəlil Boz yeni ayaqqabı hazırladığını söyləyib.

FaktXəbər-in CNNTürk-ə istinadən verdiyi məlumata görə, İbrahim Xəlil Boz bildirib ki, hazırladığı ayaqqabı dövlət adamlarının xüsusilə terror bölgələrinə səfərlərini nəzərə alaraq istifadəçinin mövqe məlumatlarını müəyyən edən GPS sistemi ilə təchiz edilib və siqnal kəsici xassəyə malikdir.

Masaj, soyutma və isitmə sistemi də olan ayaqqabı aktiv vəziyyətdə olarkən istifadəçinin mövqeyini kompüterə ötürür və kənardan idarə edilən bombalara göndərilən siqnalları da zərərsizləşdirir. 

"Jammer 2023" adını verdiyi ayaqqabını 8 ayda 500 lirəyə hazırladığını söyləyən İbrahim Xəlil Boz, bundan əvvəl də mina axtarışında istifadə edilən detektorlu ayaqqabı hazırladığını və ardıcıl istehsal üçün dəstək gözlədiyini bildirib.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru