Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

12 Aprel

2016
11:55
Metyu Brayza Obama hökumətinin Qarabağ məsələsinə görə tənqid edib

“Mən son illər Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Moskva və Vaşinqton arasında əməkdaşlığın olmamasından təəccüblənirəm”.

Bu sözləri ATƏT-in Minsk Qrupunun keçmiş həmsədri, ABŞ-ın Azərbaycandakı sabiq səfiri Metyu Brayza “The Washington Post” qəzetində dərc olunmuş yazısında qeyd edib. O, 2006-2009-cu illərdə ATƏT-in Minsk Qrupunin həmsədri kimi fəaliyyət göstərdiyini xatırladıb: “Mənim rusiyalı həmkarım Yuriy Mezlyakov idi. O, rəhbərləri kimi konstruktiv idi. Xarici işlər naziri Sergey Lavrov həmsədrlərlə saatlarla müzakirə aparırdı. O zamankı prezident Dmitri Medvedev 2009-cu ildə dönüş nöqtəsinə yaxınlaşmağa nail olmuşdu. Baxmayaraq ki, Vaşinqton və Moskva Rusiyanın 2008-ci ilin avqustunda Gürcüstandakı işğalına görə yaxşı münasibətdə deyildilər, bizim Dağlıq Qarabağ münaqişəsi ilə bağlı əməkdaşlığımız çox intensiv idi. İndi Minsk Qrupu adından Putin tək hərəkət edir. Ola bilsin ki, o, vitse-prezident Co Baydenin Azərbaycan və Ermənistan prezidentləri ilə Vaşinqtonda ayrılıqda görüşündən sonra onun Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllindən müəyyən pay əldə edə biləcəyindən çəkinir. Ya da Putin Azərbaycan və Ermənistan prezidentlərinin Putinin boykot edildiyi Nüvə Təhlükəsizliyi Sammiti çərçivəsində görüşlər keçirməsindən hiddətlənib”.

M. Brayza Azərbaycan və Ermənistanın az da olsa, bu hərbi toqquşmalarda maraqlı olduqlarını və bununla Ağ Evin diqqətini Dağlıq Qarabağ sülh prosesinə daha çox cəlb etmək məqsədi daşıdıqlarını söyləyib: “Bütün hallarda Putin intensiv diplomatiya aparmaqla vəziyyəti nəzarət altına alır, Obama isə buna uyğun heç bir maraq nümayiş etdirmir. Ağ Ev son hadisələrlə bağlı hətta rəsmi bəyanat verməyib. Eyni zamanda Dövlət Departamentinin fəaliyyəti hadisənin dəhşətini əks etdirməyən yeni bir bəyanat verməklə və Con Kerinin rusiyalı həmkarı ilə bir neçə telefon danışığı aparması ilə məhdudlaşıb. Bunun əksinə olaraq, Putin dəfələrlə İlham Əliyev və Serj Sarkisyanla məsləhətləşmələr aparıb, Rusiya müdafiə və xarici işlər nazirləri özlərinin Bakı və İrəvandakı həmkarları ilə aktiv şəkildə bu məsələyə cəlb olunublar. Nəticədə aprelin 5-də Rusiyanın hərbi rəhbərliyinin azərbaycanlı və ermənistanlı həmkarları ilə danışıqları əsasında  və Minsk Qrupunun birbaşa vasitəçiliyi olmadan atəşkəs bərpa edilib”.

Keçmiş həmsədr bildirib ki, bununla Rusiya 2 qazanc əldə etmək istəyir. Birincisi, Rusiya Ukrayna məsələsi ilə alt-üst olmuş beynəlxalq nüfuzunu bərpa etmək məqsədi güdür. İkincisi, Azərbaycan və Ermənistan rəhbərliyində o təəssürat yaranıb ki, Rusiya Cənubi Qafqazda atəşkəslə bağlı çağırış edən yeganə ölkədir: “Bu, Putinə Rusiya, Türkiyə, İran, Mərkəzi Asiya və Xəzərin enerji təminatçılarını birləşdirən regionda fəaliyyət göstərməyə imkan yaradır. İndi Dağlıq Qarabağ münaqişəsinin həll prosesində iştirak etmək istəyən və bu planı pozulan İran da Rusiya ilə birgə hərəkət etmək və ABŞ-dan kənarda Azərbaycanla üçtərəfli əməkdaşlıq mexanizmi qurmaq istəyir. Putin Azərbaycan və Ermənistanı Qərbdən uzaqlaşdırdığı və gələcək böhranların bünövrəsini qoyduğu bir vaxtda ABŞ kənardan izləməklə məşğuldur".

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


11-12-2018 15:45



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com