Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

24 Aprel

2018
21:45
16857
Metronun sabiq rəis müavininin qızı Azərbaycan xalqını təhqir etdi və üzr istədi - Yenilənib
Nəsimi Paşayev məsələ ilə əlaqədar münasibət bildirib

19:20 - Bakı Metropoliteni” QSC-nin Marketinq və Reklam şöbəsinin müdiri Lalə Babayeva  “Facebook”da yazdığı və  böyük qalmaqala səbəb olan ““Çastpik” yazanlar öz kəndində qalsaydı, belə problem yaranmazdı. Həm təmiz, həm də rahat metro olardı” sözlərinin düzgün şərh edilmədiyini bildirib və Azərbaycan ictimaiyyətindən üzr istəyib.

L.Babayeva yazıb: “Hörmətli soydaşlarımız, bu gün sosial şəbəkədə fikir ayrılığına səbəb olan şərhim təəssüf edirəm ki, düzgün anlaşılmayıb və həmin şərh heç də çalışdığım müəssisənin mövqeyini əks etdirmir. Bu səbəbdən, Azərbaycan vətəndaşı olaraq, cəmiyyətimizdə belə arzuolunmaz rəy yarandığı üçün çox təəssüf edir, bütün həmvətənlərimizdən yanlış anlaşmaya görə üzr istəyirəm”.

***

16.46 - Bu gün sosial şəbəkələrdə və bir sıra saytlarda "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Lalə Bayramovanın kəndlərdən şəhərə gələn vətəndaşlar üçün işlətdiyi sərt ifadələr müzakirə edilir.

Qurumun mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib ki, Lalə Bayramovanın şəbəkələrdə müzakirə edilən fikirləri qurum adından yazılmadığı üçün buna görə metropoliten rəhbərliyi məsuliyyət daşımır: "Məsələ ilə bağlı heç nə deyə bilmərəm. Xanım metropoliten əməkdaşı olsa da, yazdıqları onun şəxsi düşüncələridir. Özünün şəxsi hesabından yazıb. 4 ildir mətbuat xidmətinin rəhbəri mənəm və qurumun adından mən çıxış edirəm. Bütün qurumlarda olduğu kimi bizim də müxtəlif fikir və düşüncədə olan yüzlərlə əməkdaşımız var. Biz onların şəxsi fikirlərinə görə məsuliyyət daşıya bilmərik. Onun şəxsi fikirlərinə şəxsi münasibətimi soruşsaz, təbii ki, düzgün hesab eləmirəm. Emosialarına yenilərək kifayət qədər səhv fikirlər qeyd edib".

***

15.40 - "Kəndçilər Bakıya gəlməsəydi, metro təmiz, rahat olardı". FaktXeber.com-un məlumatına görə, bu sözləri Bakı Metropoliteni sabiq rəis müavini Zaur Babayevin qızı və Bakı Metropoliteninin marketinq şöbəsinin rəhbəri Lalə Babayeva deyib.

Məsələ sosial şəbəkə istifadəçisi Zakir Əlizadənin Facebook səhifəsində metroda basabasın fotosunu yerləşdirməsi və bunda metro rəhbərliyini ittiham etməsi ilə başlayıb.

Z.Əlizadənin sözlərinə görə, baş verənlərin səbəbi “qaynar saat”larda bilərəkdən qatarların hərəkət intervalının artırılması və sınaq qatarlarının reysə buraxılmasıdır. Bu zaman müəllif səhvə yol verərək, “çastpik” (əslində “ças pik» – “ças pik”) ifadəsini işlədib.

Buna cavab olaraq, Bakı Metropoliteninin təmsilçisi Lalə Babayeva yazıb ki, “çastpik” yazanlar öz kəndində qalsaydı, belə problem yaranmazdı” (qeyd edək ki, Lalə xanım da qrammatik səhvə yol verib və “yaranmazdır” yazıb).

L.Babayevanın şərhi bloger Bəxtiyar Hacıyevin diqqətindən yayınmayıb və o, #hamimizkendchiyik heşteqi altında kampaniyaya başlayıb:

“Bakı Metropoliteninin ictimaiyyətlə əlaqələr şöbəsinin rəsmisinin, 'Chto, Gde, Kogda' oynayan, rusdilli ziyalının vətəndaşa cavabı.

Şəxsən tanımıram, bu xanıma deyin ki, hamı sizin kimi rahat, lüks həyat yaşamır, PortBakuya vizasız getmir, kəndlərdən paytaxt tıxacına, metro basabasına kefindən gəlməyib.

axtında regionlar inkişaf etsəydi, məsul vəzifələrə kimlərinsə oğlu, qızı, kürəkəni, sevgilisi, ikinci sevgilisi gətirilməsəydi, insanlar da öz kəndlərində, rayonlarında ailələrinin yanında, təmiz havada yaşayardılar... Həqiqi intellektualdırsa, bu yazdığına görə bütün rayon, kənd adamlarından üzr istəməlidir”, - bloger qeyd edib.

Sayılı saatlar ərzində Bəxtiyar Hacıyevin kampaniyasına minlərlə insan qoşulub. Bundan sonra qalmaqal böyüyüb və Lalə Babayeva yazdığı şərhi silmək məcburiyyətində qalıb.

Məqalədə : Metro 
Mövzu üzrə xəbərlər
Şərhlər
Rzayev Qurban tərəfindən 25-04-2018 00:50:32 tarixində yazıldı
Oz reyim
Mence cemiyyetin her bir ferdinin sehvini ve ya diqqetsiz shekilde qeydlerini de hemchinin cemiyyet tenbeh edib yekunlashdirmalidir ve bu muzakire movzusu deyil, daha ciddi meselelerin muzakiresi gereklidir....Teshekkur edirem...Sonuchda men de kendliyem...
Vusal Yaqubov tərəfindən 25-04-2018 09:12:00 tarixində yazıldı
Salam
Bu tip meselelerde maariflenme aparmaq lazimdi. Bos bos reklamlar yerlesdirmekden bosh bosh sohbetler etmekdense biraz qatarlarin sayini artirmaq lazimdir. 5-6 deqiqeden bir qatar gelir buna kendli yaziq neylemelidir?! Bir terefden xanimi qinamagimda gelmirki olkenin qabaqcil rehberleri terefinnen rayon qeydiyyati olan masinlar bakiya buraxilmasin qerari verilorse eger bu xanim hele yaxsiki tekce metroya geleseydi deyib birde dusunun bakiya gelmesinler deseydi nece olacaqdi...
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


26-05-2018 06:21

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com



Рейтинг@Mail.ru