Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

09 İyul

2017
13:25
898
Messi həftədə 1 milyon avro qazanan ilk futbolçu olacaq

"Barselona" ilə bağlanan 4 illik müqavilənin şərtlərinə görə, argentinalı hücumçu Lionel Messi hər mövsümdə 62 milyon avro qazanacaq. FaktXəbər-in məlumatına görə, bu barədə "The Times" ispan klubundakı mənbəsinə əsasən yazıb.

Bu razılaşmaya əsasən Messi həftə ərzində 1 milyon avro qazanan ilk futbolçu olacaq.  Messinin tez-tez müqayisə edildiyi Madridin “Real” klubunun hücumçusu Kriştiano Ronaldo hər həftə üçün 413 min avro alır.

Əgər hücumçu müqavilə başa çatana kimi razılaşmada nəzərdə tutulan bütün şərtləri ödəyərsə, o, komandanın uğurlarına görə nəzərdə tutulan bonuslardan əlavə 248 milyon avro qazanacaq. Bu barədə müqavlənin şərtlərində də qeyd edilib.

Qeyd edək ki, bir müddət öncə Messinin müqavilənin imzalanması üçün 50 milyon avro bonus aldığı bildirilmişdi. 

Məqalədə : Messi 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru