Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

14 Yanvar

2019
09:28
1005
Messi 400-lər klubunda

İspaniya 1-ci Futbol Liqasının (La Liqa) 19-cu həftəsində "Barselona" öz meydanında oynadığı matçda "Eybar"ı 3-0 məğlub edib.

FakrXəbər-in məlumatına görə "La Liqa"da lider olan "Barselona" "Eybar"ı ulduz futbolçuları Luis Suarezin 2, Lionel Messinin isə 1 qoluyla keçdi. Katalon komandasının kapitanı Messi isə 53-cü dəqiqədə vurduğu qolla "Barselona" formasıyla "La Liqa"dakı 400-cü qolunu qeyd edib.

2004-2005 mövsümündən bu yana Barça forması geyinən 31 yaşlı Messi "La Liqa"da ümumilikdə 435 oyunda 400 qol vurub. Argentinalı futbolçu "La Liqa" tarixinin ən çox qol vuran futbolçusu kimi ilk sırada qərarlaşıb. Onu hazırda İtaliyada "Yuventus" klubunun formasını geyinən Kristiano Ronaldo (292 oyunda 311 qol) izləyir.

"Barselona" formasıyla meydana çıxdığı bütün rəsmi oyunlarda ümumilikdə 575 qol və 224 asist ilə oynayan Messi, növbəti qarşılaşmada Katalon komandası ilə 800-cü oyununa çıxacaq. "La Liqa"da 17 qol ilə qol krallığı yarışında birinci olan Messi, Avropanın aparıcı liqalarında da (İngiltərə, İtaliya, Almaniya, Fransa) ən çox qol vuran futbolçudur. 

"Barselona" son qələbəsi ilə xallarını 43-ə çıxararaq, ən yaxın rəqibi "Atletiko Madrid"i  5 xal qabaqlayır.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Messi 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-03-2019 21:33



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com