Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

11 Yanvar

2017
14:43
589
Merkelin müavini: `Almaniyada vəhabi məscidləri bağlanmalıdır`

Almaniyada kanslerin müavini  ölkədə olan bütün sələfi məscidlərinin bağlanmasını tələb edib. FaktXəbər-in  İKNA-ya istinadla verdiyi məlumata görə, o, Spiegel Online jurnalında müsahibəsində  Berlində son terrorun təşkilatçısı ilə bir sələfi xətib arasında olan əlaqələrə işarə edərək deyib: «Sələfi ibadət  evlərini bağlamaq, icmaları buraxmaq, din xadimlərini isə mümkün qədər tez yollamaq lazımdır».

Xatırladaq ki, 2016-cı ilin dekabrın 19-da  tunis əsilli terrorçu yük maşını oğurlayaraq Berlində bayram yarmarkasına hücum çəkmişdi. Nəticədə 12 nəfər həlak olmuşdu. 24 yaşlı terrorçunun özü isə  dekabrın 23-də  Milan şəhəri yaxınlığında polislə toqquşmada məhv edilmişdi. Terrorçunun, ötən ilin noyabr ayında  İŞİD terror qurplaşmasının təbliğatını apardığı üçün Almaniyada həbs olunan Əbu Vala adlı  vəhabi din xadimi ilə sıx əlaqəsi olduğu üzə çıxıb.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-12-2017 13:04

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru