Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

11 İyul

2017
14:42
1718
Meksikada 250 dərəcə qızmış torpaqda quzular diri-diri “kabab” oldular - VİDEO

Bu günlərdə vulkanoloq alimlərin bütün diqqəti Meksikanın Miçoakan ştatında baş verən qeyri-adi təbiət hadisəsinə yönəlib. Yerli sakinlər 250 dərəcə isinmə nəticəsində hər tərəfi buxarla əhatələnmiş futbol meydanını videoya çəkiblər. Kadrlarda görünür ki, çatlar  içindən qaynar maqma çıxır.

Alimlərin sözlərinə görə, ilk növbədə bu yeni vulkanın doğulmasına oxşasa da, Miçiokanda yer qabığının  heç bir aktivliyi müşahidə olunmayıb, bu isə o deməkdir ki, söhbət əvvəllər öyrənilməmiş təbiət hadisəsindən gedir.

Hazırda anomal futbol sahəsində olan torpaq və maqma Meksikaqın Milli Universitetinin laboratoriyasında araşdırılır.

Bu arada yerli sakinlər qeyri-adi fəlakətin ilkin qurbanları barədə xəbər veriblər. Onların sözlərinə görə, bu yeraltı aktivliyin müşahidə olunan yerin yaxınlığında otlayan iki quzu olub. Heyvanlar  futbol meydanının ərazisinə giriblər və saniyələr ərzində qaynar maqmanın içində diri-biri bişiblər.

Məqalədə : vulkan 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru