Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

07 Mart

2017
13:59
1260
Mehriban Əliyeva Milli Məclisdə çıxış edib

Birinci vitse-prezident Mehriban Əliyeva deputatlıq fəaliyyəti ilə bağlı Milli Məclisin bu gün keçirilən iclasında hesabat verib.

M. Əliyeva qeyd edib ki, prezident İlham Əliyevin 21 fevral 2017-ci il tarixli sərəncamı əsasında yeni vəzifəyə təyin edilməsi ilə əlaqədar Azərbycan Milli Məclisində fəaliyyətini dayandırır: “Mən 10 ildən artıq parlamentin üzvü olmuşam. Azərbaycan Milli Məclisinin deputatı adını daşımaq mənim üçün şərəf idi. Müstəqillik illərində ölkəmizin nüfuzlu dövlət kimi  formalaşdırılmasında Milli Məclisin deputat korpusunun böyük rolu olub. 

Azərbaycanda həyata keçirilən islahatların hüquqi bünövrəsini millət  vəkillərinin birgə səyi nəticəsində hazırlanıb, müasir reallıqlara və çağırışlara cavab verən qanun layihələri təşkil edir: “Əziz həmkarlar, millət vəkili kimi çalışdığım müddət ərzində burada daim işgüzar ab-havanın şahidi olmuşam. Belə mühitin yaradılmasında Milli Məclisin sədri Oqtay Əsədovun böyük əməyi var".(apa)

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru