Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

20 Aprel

2017
21:38
703
Mehman Hüseynov əməliyyat olunacaq

Blogger Mehman Hüseynov əməliyyat olunacaq.

Bu haqda Modern.az-a onun hüquqlarını müdafiə edən Elçin Sadıqov məlumat verib.

O bildirib ki, müvəkkili cəzaçəkmə müəssisəsinə köçürülməyib:

“Mehman hələ cəzaçəkmə müəsissəsinə köçürülməyib, indi əlaqə saxladım. Bir neçə gün əvvəl Mehman Hüseynovu Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsindən gələn həkimlər müayinə ediblər və bildiriblər ki, cərrahi əməliyyata ehtiyacı var. Deyiblər ki, M.Hüseynov əməliyyat olunması üçün vəkili (Elçin Sadıqov) yenidən müraciət etməlidir”.

 

Vəkil Mehman Hüseynovun əməliyyat olunması üçün yenidən müraciət göndərdiyini açıqlayıb.

 

Xatırladaq ki, Nəsimi RPİ-nin rəisi Musa Musayev M.Hüseynovun Cinayət Məcəlləsinin 147.2-ci (böhtan, ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsilə məsuliyyətə cəlb olunmasını və cəzalanmasını istəmişdi.

Məsələ burasındadır ki, Mehman Hüseynov yanvarın 9-da axşam saatlarında saxlanmışdı. Polisin qanuni əmrinə tabe olmamaqda günahlandırılan bloqqer bir gün sonra 200 manat cərimə edilməklə sərbəst buraxılmışdı.

 

Yanvarın 11-də M.Hüseynovun vəkili onun bədənində xəsarət yerlərinin və paltarında qan ləkələrinin əks olunduğu fotoları yaymışdı.

 

Ancaq Daxili İşlər Nazirliyi bloqqerə polisdə işgəncə verilməsi ilə bağlı deyilənləri əsassız sayıb. Nəsimi RPİ-nin rəisi Musa Musayev M.Hüseynovu polisə böhtan atmada təqsirləndirərək, məhkəməyə vermişdi.

 

Məhkəmənin hökmü ilə Mehman Hüeynov 2 il müddətinə azadlıqdan məhrum edilib.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru