Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

15 Mart

2017
20:56
628
Müdafiə naziri: Döyüş və mənəvi-psixoloji hazırlıq gücləndirilsin!

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov martın 15-də birlik, birləşmə və hərbi hissə komandirlərinin və xüsusi təyinatlı təhsil müəssisələri rəislərinin şəxsi heyətlə iş üzrə müavinləri ilə görüşüb.

 

FaktXəbər-in MN-in saytına istinadən verdiyi məlumata görə, döyüş və mənəvi-psixoloji hazırlıq işinin hazırkı vəziyyəti ilə bağlı ətraflı təhlil aparan müdafiə naziri bu istiqamətdə fəaliyyətlərin yüksək səviyyədə təşkili, hərbi qulluqçuların milli-mənəvi dəyərlər ruhunda tərbiyə edilməsi, müasir silah və texnikanı dərindən bilmələri və bir çox məsələlərlə bağlı fikirlərini bölüşüb.

 

Silahlı Qüvvələrin qazandığı nailiyyətləri xüsusi qeyd edən nazir əldə olunan uğurların Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ordu quruculuğuna göstərdiyi diqqət və qayğının nəticəsi olduğunu vurğulayıb.

 

Sonda nazir döyüş və mənəvi-psixoloji hazırlıq işinin daim gücləndirilməsi, təhlükəsizlik qaydalarına əməl olunması və sayıqlığın artırılması, hərbi qulluqçular arasında fərdi tərbiyə işinin düzgün aparılması, qarşılıqlı münasibətlərin nizamnamələrin tələblərinə uyğun təşkil edilməsi və digər sahələrlə bağlı səylərin artırılması istiqamətində konkret tapşırıqlar verib.

Система Orphus Mətndə orfoqrafik səhv aşkar etdinizsə, həmin hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru