Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

12 Sentyabr

2017
09:48
1010
Məcburi köçkünlərin məskunlaşdığı binada yanğın olub - FOTO

Bakıda məcburi köçkünlərin məskunlaşdığı binada yanğın olub.

Xətai rayonunda 27 mənzildən ibarət, hər mərtəbəsi 400 m2 olan, ikimərtəbəli qamışdan ibarət yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 70 m2 olan 2 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 15 m2 sahədə, ümumi sahəsi 70 m2 olan 2 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 5 m2 sahədə, 2-ci mərtəbədə ümumi sahəsi 70 m2 olan 2 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 15 m2 sahədə və ümumi sahəsi 70 m2 olan digər 2 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 15 m2 sahədə yanıb. Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 05:54-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Qeyd edək ki, yanan binada əsasən Zəngilan, Füzuli, Ağdam və Laçın rayonundan olan məcburi köçkünlər məskunlaşıb.

(yanğınla bağlı fotolar sosial şəbəkələrdən götürülüb)

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru