Sorğu

Kürdüstan referendumundan nə gözlənilir?

İraqın bölünməsi
Vətəndaş müharibəsi
Nəticəsiz qalacaq
Referendum keçirilməyəcək

Xəbər Lenti

İnfografika

Arxiv

09 Yanvar

2017
15:47
2283
Mübariz Mənsimovdan Kəmaləddin Heydərova BÖYÜK JEST

Azərbaycanlı iş adamı Mübariz Mənsimovun sahibi olduğu “Palmali” Şirkətlər Qrupu Azərbaycan Fövqəladə Hallar Nazirliyinə (FHN) sualtı qayıq hədiyyə edib.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Oqtay Bayramov məlumat verib.

Onun sözlərinə görə, “Palmali” Şirkətlər Qrupuna məxsus “DeepFlight DF-302 Super Falcon” sualtı qayığının FHN-ə bağışlanması barədə nazirliklə şirkət arasında razılıq əldə edilib.

Qurum rəsmisi deyib ki, sualtı qayıq nazirliyə təhvil veriləndən sonra ötən ilin sonlarında Xəzər dənizində baş vermiş qəza nəticəsində itkin düşmüş nefçilərin axtarışına cəlb ediləcək. 

Bununla bağlı "Palmalı" Şirkətlər Qrupu bəyanat yayıb.

"Palmali" Şirkətlər Qrupu uzun illərdir ki, Azərbaycanda müxtəlif sahələrdə öz fəaliyyətini həyata keçirir. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında reallaşan çevik iqtisadi kursu daim dəstəkləyən "Palmali" Şirkətlər Qrupu ölkə iqtisadiyyatına davamlı dəstək verməkdən qürür duyur. Azərbaycanda həyata keçirilən hər bir layihə "Palmali" Şirkətlər Qrupu üçün prioritetlər siyahısında yer alır. Fövqəladə Hallar Nazirliyi ilə əldə olunmuş bu razılıq "Palmali" Şirkətlər Qrupunun Azərbaycan dövlətinə və rəhbərliyinə bəslədiyi xüsusi münasibətinin daha bir bariz nümunəsdir.

"Palmali" Şirkətlər Qrupu tərəfindən göstərilən bu təşəbbüs həm də Azərbaycan FHN-in çoxşaxəli və uğurlu fəaliyyətinə verilən yüksək qiymətdir. Adıçəkilən sualtı qayığın Xəzər dənizində baş vermiş son faciə nəticəsində itkin düşən nefçilərin axtarışına da töhfə verəcəyinə "Palmali" Şirkətlər Qrupu tərəfindən böyük ümid bəslənir. "Palmali" Şirkətlər Qrupu fürsətdən istifadə edərək son dərəcə məsuliyyətli vəzifələrini peşəkarlıqla yerinə yetirərək Azərbaycan xalqına layiqli xidmət göstərdiklərinə görə Fövqəladə Hallar Nazirliyinin bütün kollektivinə təşəkkür edir.

"Palmali" öz fəaliyyəti və imkanları çərçivəsində Azərbaycanın hər sahədə inkişafı və tərəqqisi üçün bundan sonra da eyni əzm və istəklə çalışmalarını davam etdirəcək.

Razılaşma predmeti olan "DeepFlight DF-302 Super Falcon" sualtı qayığı 2014-cü ildə istifadəyə verilib. Qayığın uzunluğu 6.3 metr, eni 2.7 metr (qanadları yığılmaqla – 1.4 metr), hündürlüyü 1.6 metr təşkil edir. Saatda 11.2 kilometr qət edə bilən "DeepFlight DF-302 Super Falcon" üç sürət rejiminə malikdir və rahat idarə olunması ilə seçilir. Qanadları və sürəti hesabına dərinliyə doğru hərəkət edən bu qayıq çevik manevr qabiliyyəti sayəsində ən mürəkkəb ərazilərdə əməliyyatların həyata keçirilməsinə imkan yaradır.(Trend)

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru