Xəbər Lenti

Sorğu

Arxiv

İnfografika

01 May

2017
13:06
640
Mayın 2-dən 5-dək hava şəraiti qeyri-sabit keçəcək - XƏBƏRDARLIQ

Mayın 2-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən FaktXəbər-ə verilən məlumata görə, bəzi yerlərdə zəif duman olacaq. Şimal küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 11-14° isti, gündüz 20-25°, yarımadanın bəzi yerlərində 28° isti, Bakıda gecə 12-14° isti, gündüz 23-25° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 763 mm civə sütunu təşkil edəcək.

Nisbi rütubət gecə 70-80 %, gündüz 45-50 % təşkil edəcək.

Azərbaycanın rayonlarında gözlənilən hava şəraitinə gəlincə, əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Lakin gündüz bəzi şimal və qərb rayonlarından başlayaraq şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 10-15° isti, gündüz 24-29° isti, dağlarda gecə 5-10° isti, gündüz 11-16° isti olacağı gözlənilir.

ETSN xəbərdarlıq edir ki, mayın 2-si axşam qərb rayonlarından başlayaraq 5-dək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Çaylarda sululuğun artacağı gözlənilir. 

Orphus system Mətndə orfoqrafik səhv aşkar etdinizsə, həmin hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com