Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

25 Aprel

2017
11:25
1738
Masazırda ağır yol qəzası `Kamaz` `Opel`ə çırpılıb - FOTO + VİDEO

Abşeron rayonunun Masazır qəsəbəsində 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Hadisə "Kamaz" markalı yük maşını ilə "Opel"in toqquşması nəticəsində qeydə alınıb.

Qəzaya yük maşınının dairədə yol hərəkəti nişanının tələbinə əməl etməməsi səbəb olub. Yoluna davam edəb "Kamaz" nəticədə qarşısına çıxan "Opel"i vuraraq kənara atıb, özü isə körpünün altındakı dirəyə çırpılıb.

Qəza nəticəsində minik avtomobilinin sürücüsü, 1985-ci il təvəllüdlü Bilalov Orxan Füzuli oğlu, onun həyat yoldaşı, 1991-ci il təvəllüdlü Bilalzadə Günay İlqar qızı və onların azyaşlı qızı, 2014-cü il təvəllüdlü Bilalzadə Ayşən Orxan qızı müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Əraziyə Abşeron Rayon Polis İdarəsinin əməkdaşları cəlb olunub. "Kamaz"ın sürücüsü saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru