Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

22 Dekabr

2016
12:04
1065
Masallıda “Piter Elçin”in qardaşına 25 güllə vurulub - RƏSMİ

Daxili İşlər Nazirliyi ötən gün Masallıda baş verən güllələnmə hadisəsi ilə bağlı məlumat yayıb.

 

Nazirliyin mətbuat xidmətindən FaktXəbər-ə verilən məlumata görə, dekabrın 21-də Masallı rayonunun Türkoba kəndində Lənkəran rayon sakini Murad Quluzadə odlu silahdan açdığı atəşlə Rusiya vətəndaşı Fariz İsmayılovu qətlə yetirib. O, könüllü Lənkəran Şəhər-Rayon Polis Şöbəsinə gəlib və hadisəni törədərkən istifadə etdiyi  "UZİ" markalı silahı və 7 ədəd gülləni təhvil verib.

 

Hadisə yerinə baxış zamanı 25 ədəd giliz aşkarlanıb. Faktla əlaqədar cinayət işi başlanıb.

 

Məlumata görə, qətlə yetirilən şəxs lənkəranlı kriminal aləmdə "Piter Elçin" kimi tanıan qardaşıdır. 

 

Qeyd edək ki, bu il iyunun 20-də Sankt-Peterburqun “Sofiya” tərəvəz bazasında “Piter Elçin”in 43 yaşlı qardaşı Maarif  İsmayılov da 27 yaşlı azərbaycanlı killer Emil Hüseynov tərəfindən əldəqayırma tapança ilə  güllələnərək qətlə yetirilib.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


14-12-2017 12:23

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru