Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

16 Aprel

2018
22:10
807
Masallıda maraqlı olay: Gəzir, işləyir amma ölü kimi qeydiyyatdadır - VİDEO

Masallı rayonu Mollaoba kəndində yaşayan 1974-cü il təvəllüdlü Əlişir Nurəliyevə 35 il bundan əvvəl öldüyü deyilib.

Əlişir Nurəliyev bu ayın əvəlində Cəlilabad rayonundan avtomobil alıb. Aldığı atvomobili öz adına qeydiyyatdan keçirmək üçün Cəlilabaddakı notariat kontoruna müracət edib. Burada onun təqdim etdiyi şəxsiyət vəsiqəsi etibarsız sayılıb.Əlişir Nurəliyevə deyilib ki,onun təqdim etdiyi şəxsiyyət vəsiqəsinin sahibi 1983-cü ildə dünyasını dəyişib.

Sağ ikən öldüyü iddia olunan Əlişir bu cür problemlə 44 il ərzində ilk dəfə qarşılaşdığını deyir.Bu illər ərzində bir neçə dəfə şəxsiyyət və sürücülük vəsiqələrini dəyişən Əlişir Nurəliyev indi necə öldüyünü heç özü də anlamır.

Məsələ ilə bağlı Ədliyyə nazirliyinin Masallı rayon qeydıyyat şöbəsi ilə əlaqə saxladıq. Şöbədən bildirildi ki, Əlişir Nurəliyev doğum haqqında şəhadətnamə və şəxsiyyət vəsiqəsi ilə birlikdə müraciət etməlidir. Ola bilər ki,sistemdə həmin şəxsin qeydiyyatı səhv düşsün.Məsələ ətraflı araşdırıldıqdan sonra Əlişir Nurəliyevə məlumat veriləcək. (Xezerxeber)

Məqalədə : Masallı 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


26-04-2018 10:04

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com



Рейтинг@Mail.ru

DMCA.com Protection Status