Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

16 Mart

2017
14:21
533
Marketlərə gedib qiymətlərlə maraqlanmışam - Əli Əhmədov

Ticarətçilər bayramqabağı müştərilərinnin çoxaldığını görürlər və bundan istifadə edirlər. "Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında baş nazirin müavini Əli Əhmədov deyib.

"Bu yaxınlarda Novruz bayramı qabağı bazardakı qiymətləri nəzarətdə saxlamaq üçün bir necə marketdə oldum. Qiymət yanaşmaları müxtəlifidir. Mətbuat qiymətlərin qalxması barədə daha çox həyəcan təbili çalır. İki böyük ticarət mərkəzinə səfərim zamanı qiymətlərin insanları narahat edəcək dərəcədə qalxmadığını müşahifə etdim. Bunu öz gözlərimlə gördüm", - baş nazirin müavini deyib.

Əli Əhmədov bildirib ki, Azərbaycanda ənənəvi olaraq, həmişə bayram qabağı qiymətlər qalxır, amma bu, belə olmamalıdır: "Ticarətçilər bayram qabağı müştərilərinnin çoxaldığını görürlər və bundan istifadə edirlər. Bəlkə də başqa cür olsaydı, daha yaxşı olardı. Amma bu da reallıqdır".

O qeyd edib ki, Azərbaycanda qiymətlərin yüksək olması mətbuatda təsvir edilən qədər deyil: “Hökumət olaraq, vəzifə borcumuz bazardakı qiymətlərin qalxmasına imkan verməməkdir. Hökumət bu barədə fikirləşir. Əgər imkan olsa, bayramqabağı bazarlara yenə də baş çəkərəm".

Система Orphus Mətndə orfoqrafik səhv aşkar etdinizsə, həmin hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru