İstifadəçi Adı : Şifrə :
Yeni üzvlük Şifrəmi unutdum

Tarix:22-12-2016 17:36
Manat daha 20-25% ucuzlaşdırıla bilər - ANALİZ
Şərh yaz
Azərbaycanda milli valyuta - manatın real effektiv məzənnəsi 2016-cı il noyabrın 1-nə 91,2 bəndə bərabər olub. "Report" Azərbaycan Mərkəzi Bankının (AMB) rəsmi statistikasına istinadən xəbər verir ki, avqust və sentyabr aylarında 87,0 olan real effektiv məzənnə yenidən yüksəlişə keçib.
 
Qeyd edək ki, real effektiv məzənnə - manatın ticarət tərəfdaşı olan ölkələrin valyutalarına nəzərən ikitərəfli nominal məzənnələrinin dəyişiminin ticarət xüsusi çəkiləri və həmin ölkələrdə inflyasiya nəzərə alınmaqla həndəsi ortalamasını əks etdirir. Yəni, milli valyutanın bir neçə valyutaya nəzərən orta çəkili dəyişmə indeksidir.
 
Real effektiv məzənnənin artması manatın dəyərinin ticarət tərəfdaşı olan ölkələrin valyutaları ilə müqayisədə bahalaşması deməkdir. Bu da oz növbəsində ölkədən ixracın zəifləməsi və idxalın daha ucuz qiymətə həyata keçirilməsinə gətirib çıxarır. 
Aşağıdakı qrafikdə manatın 2000-ci ildən etibarən real effektiv məzənnəsi əks olunub. Göründüyü kimi 2008-ci ildən başlayaraq manatın real effektiv məzənnəsi möhkəmlənib. Məhz o zaman manatın məzənnəsinin ucuzlaşdırılması prosesinin başlanması zərurəti yaranıb ki, bu baş vermədiyindən daha sonra kəskin devalvasiyalar gündəmə gəlib. Hazırda isə yenidən real effektiv məzənnə artmağa başlayıb və bunun qarşısının alınması qaçılmazdır. Dünyada gedən valyuta müharibələri manatın ucuzlaşmasını zəruri edir. Dolların dünya valyuta bazarında hegemonluğu sürdükcə manat ucuzlaşmağa davam edəcək. Qrafikdən də göründüyü kimi, real effektiv məzənnə 2003-2005-ci illərdə 100 bəndindən aşağı olub. Məhz bu dövrdə neftin qiyməti indiki kimi 30-50 dolar/barelə bərabər olub. Buradan anlaşılan odur ki, manatın dollarla müqayisədə daha 20-25% ucuzlaşmasına ehtiyac var.
 
"Report"un analitik qrupu Azərbaycanın əsas ticarət tərəfdaşı olan ölkələrdən idxalını təhlil edib. Gömrük Komitəsinin rəsmi statistikasına görə, 2016-cı ilin ilk 11 ayında Azərbaycanın idxalında əsas ölkələr sırasında Rusiya 1,37 mlrd. ABŞ dolları ilə ilk sırada yer alıb. Türkiyə 1,07 mlrd. dollarla ikinci, Çin isə 636 mln. dollarla üçüncüdür. Avropa İttifaqı üzrə idxal ilk 11 ay ərzində 2,07 mlrd. dollar, dördüncü sırada olan B.Britaniyadan idxal isə 470 mln. dollar təşkil edib. Rusiya istisna olmaqla hər iki əsas ticarət tərəfdaşının valyutası və avro dollarla müqayisədə ucuzlaşıb. Belə ki, oktyabrda türk lirəsi dollarla müqayisədə 4%, Çin yuanı isə 1,8% ucuzlaşıb. Noyabr ayı ərzində isə lirə 12,6%, yuan isə 2,7% ucuzlaşma göstərib. Manatın məzənnəsinə gəldikdə isə oktyabrda dollarla müqayisədə 1,3%, noyabrda isə 5,7% ucuzlaşma qeydə alınıb. Oktyabr və noyabr aylarında avro dollarla müqayisədə 7%-dən çox zəifləyib. Britaniya funtunda isə oktyabr-noyabr aylarında ucuzlaşma 4% təşkil etsə də, "Brexit"in baş verdiyi 24 iyundan etibarən funt 20%-ə yaxın devalvasiya olunub. Göründüyü kimi, manat əsas ticarət tərəfdaşı olan ölkələrin valyutaları ilə müqayisədə önəmli dərəcədə baha qalıb.
 
Rubla gəldikdə isə, 2014-cü ildən etibarən rubl sərt şəkildə - 2 dəfə ucuzlaşma göstərib. Hazırda bu valyutada bir qədər normallaşma prosesi davam edir. Xatırladaq ki, rubl 1998-ci ilin maliyyə böhranından sonra 11 dəfəlik devalvasiyaya məruz qalıb. Bu zaman ərzində manat isə sabitliyini qoruyub.
 
Analitik qrup hesab edir ki, Azərbaycanın əsas ticarət tərəfdaşı olan ölkələrin valyutalarında ucuzlaşma davam etdikcə, manata təzyiqlər də artacaq. Belə ki, Azərbaycan əvvəlki kimi yüksək neft gəlirlərinə sahib deyil. Bu səbəbdən ölkədən valyuta axını ciddi problemlər yaradır. Gömrük statistikasına əsasən, Azərbaycanda idxalın 2016-cı ilin yekununda demək olar ki, keçən illərlə müqayisədə azalmadığı müşahidə olunur. 
 
Qeyd edək ki, bugünkü rəsmi məzənnə 1,7575 AZN/USD-yə bərabərdir.(Report)
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
İmza :
Teqlər :
Manat - daha - 20-25% - ucuzlaşdırıla - bilər - - - ANALİZ -
Paylaş :
Mail Yazdır Şərh yaz 0 dəfə şərh edilib
Tarix:22-12-2016 17:36 - Oxundu: 838
Analiz
16-01-2017 11:05 Azərbaycan əhalisi necə yaşayır?
11-01-2017 11:16 Təəssüf ki, ümidlər özünü doğrultmadı - Yeni "aprel döyüşləri" gözlənilir
08-01-2017 22:06 Əli İnsanova iki şərt – qəbul etsə, azad olunacaqmı...
06-01-2017 16:36 Başıbəlalı “Qarabağ tarixi” kitabı və ya onu yazanlar kimin işçiləridir?
29-12-2016 16:48 100 İLİN ETİRAFI: hamı bilir, amma heç kəs danışmır
22-12-2016 17:36 Manat daha 20-25% ucuzlaşdırıla bilər - ANALİZ
19-12-2016 22:55 SƏFİR ÖLÜMÜNƏ görə Rusiyadan hədəf göstərildi: SƏUDİYYƏ ƏRƏBİSTANI
09-12-2016 09:27 Tarif Şurasının qərarı ləğv edilə bilərmi?
08-12-2016 14:14 Repetitorluq rəsmiləşdirilir? – EKSPERTİN ŞƏRHİ
02-12-2016 15:11 Xəritəyə baxıb görmədiyimiz 60-a yaxın QUL ÖLKƏ - ANALİZ
29-11-2016 09:35 Terapiyasız şok...
12-11-2016 14:18 Obama və Trampın ilk görüşməsi barədə bədən dili mütəxəssisinin analizi - FOTO
10-11-2016 08:45 "Ermənili-azərbaycanlılı bir torbaya yığacaqlarımız bizdən inciməsinlər"
26-10-2016 12:55 Böyük Yaxın Şərq Layihəsinin məqsədləri və layihəyə daxil olan ölkələr
24-10-2016 16:44 ABŞ-ın təhlükəsizlik anlayışı və "quldur" adlandırdığı dövlətlər - ANALİZ
21-10-2016 16:50 Radikal İslam adı ilə Şeytani oyun siyahısı - ANALİZ
06-10-2016 13:48 Mən səni söyürəm, sən məni söymə
05-10-2016 14:42 ABŞ-ın Səudiyyə barədəki qərarı Krallıqda qorxu yaradıb – ÇEVRİLİŞ GÖZLƏNİLİR
03-10-2016 10:44 Eldar Mahmudovun həbs ediləcəyi anonsu - niyə 1 il sonra?
30-09-2016 10:12 Bu da Amerika rəhbərliyinin Qarabağ barədə iyrənc düşüncələrinin sübutu
29-09-2016 17:05 Gülbəddin Hikmətyar - ABŞ-ın işinə yarayanda dostu, yaramayanda düşməni olan şəxs
29-09-2016 12:33 Özünü müsəlman bilən şəxsin əxlaqsız jurnalın səhifəsində nə işi?- FOTO
29-09-2016 11:46 Aqil Abbas: Şiəliyi yıxıb-sürüyənlərə xatırlatma
28-09-2016 15:29 Akif Nağı Fazil Mustafanın Xətai barədə iddialarına cavab verdi
27-09-2016 17:02 Məkkə üçün planlar hazırlayanların Kərbəla həmləsi
27-09-2016 14:47 Ziya Məmmədovun hansı səlahiyyətləri qalıb?..
22-09-2016 10:10 Kredit borcları bağışlanacaqmı? - İqtisadçı ekspert açıqladı
19-09-2016 12:58 Qubad İbadoğlu: ''İqtisadi artım dünyadakı inkişafdan geri qalacaq''
15-09-2016 10:00 Manatı növbəti devalvasiya gözləyirmi? - Ekspert şərhi
09-09-2016 17:04 ABŞ prezidentlərinin 5 ÖLKƏNİ məhv edən PEŞMANÇILIĞI
08-09-2016 14:30 Hər kəsin cavabını axtardığı suallarla dolu bir yazı
02-09-2016 16:47 Orta Asiyanı gözləyən xaos və ya Özbəkistanın yeni prezidenti kim olacaq
30-08-2016 13:37 Suriyanın şimalında “Cerablus” oyunu nə məqsəd daşıyır? -ANALİZ
19-08-2016 13:01 Özümüzə məxsus turizm modeli
04-08-2016 11:15 Terrorçuların əsas yuvası mühasirədə: Suriya ordusu hücuma keçib
03-08-2016 14:11 Azərbaycanda dolların bahalaşması orta müddətdə davam edəcək
29-07-2016 15:16 Büdcədəki kəsir nə qədər qorxuludur?
27-07-2016 10:28 "Kurtlar Vadisi"ndə 1 dollar səhnəsi və Fətullah Gülən - FOTO-VİDEO
26-07-2016 17:14 “Sem əmi”nin planı ciddi təhlükəyə düşüb - ANALİZ
26-07-2016 16:55 Azərbaycan ordusunda fətullahçılar varmı?
14-07-2016 10:50 İlahiyyatçını niyə Şeyxin və Milli qəhrəmanın əleyhinə qoymaq istəyiblər?
14-07-2016 10:00 İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi
11-07-2016 12:25 MKİ və Mİ6-nın terrorçulara dəstəyi ortaya çıxdı, məhkəmə dayandı
01-07-2016 11:27 5 milyonluq yol “nisyə” çəkilib?
28-06-2016 16:17 “Hər kəs qılıncını sıyırıb, əlavə dəyər vergisinin üzərinə yürüməsin”
27-06-2016 12:14 Xərclənəcək 4 milyard dolların sonrası...
24-06-2016 10:19 Biri şad, biri də bəd xəbər?
21-06-2016 14:09 Bankların yarısı illik hesabatını açıqlamayıb
17-06-2016 14:42 Formula 1 dövlət büdcəsindən nə qədər pul "yeyəcək"?
17-06-2016 12:06 Keçmiş maliyyə naziri: AZƏRBAYCAN BANKLARI ÇÖKÜR
16-06-2016 14:48 Bankların manatla bağlı Mərkəzi Banka inanmamaqlığı...
07-06-2016 15:24 Gömrükdə möcüzə: İdxalla ixrac azalsa da, büdcəyə ödənişlər artıb
31-05-2016 15:52 "335 milyon israfçılıqdır" deyənlərə SOCAR-dan cavab
31-05-2016 12:03 Bu gün pul deyil, müştərilərin etimadını qazanmaq zamanıdır...
31-05-2016 11:26 Xızıda mikroavtobus qəzası ciddi nəticələr çıxarılması üçün faciəli dərs olmalıdır
24-05-2016 14:08 İqtisadi amnistiya heç kimi çaşdırmasın...
20-05-2016 17:03 Nefti bahalaşdıran qlobal siyasət karuseli - TƏHLİL
20-05-2016 10:07 "Neft yaxın illərdə bahalaşmayacaq"
17-05-2016 11:17 "Etibarsız" etibarnamə
06-05-2016 16:26 Nəzarət Palatası özündə cəsarət tapmadı...

Xəbər Lenti
Bu gün ən çox oxunanlar

Mikayıl Cabbarov 20 Yanvar ilə bağlı əmr imzalayıb
16-01-2017 11:19
Çin əsgərlərinin təlimi və sıra keçidi bütün dünyanı heyrətə salıb - VİDEO
16-01-2017 15:40
Xüsusi təyinatlıların gülməli anları - Video
16-01-2017 10:57
Qırğızıstanda Türkiyəyə məxsus təyyarə binaların üstünə düşüb: Qurbanlar var - VİDEO
16-01-2017 08:52
Azərbaycanda bir universitetin fəaliyyəti dayandırıldı
16-01-2017 15:50
Dolların qiymətində KƏSKİN BAHALAŞMA
16-01-2017 14:23
"2 min manat maaş alan nazirdə 6,8 milyon hardandır?"
16-01-2017 19:04
Məcburi köçkünlər üçün güzəşt limiti ləğv olundu - PUL VERİLƏCƏK
16-01-2017 12:42
Astarada şagirdi döyən müəllim cəzalandırılıb
16-01-2017 15:12
Azərbaycan Dillər Universitetinin 5 dekanı işdən çıxarılıb
16-01-2017 16:26
Sorğu
Səs ver Nəticələr

Ölkə Siyasət
Dünya Münasibət
Hüquq İqtisadiyyat
Hərb Təhsil
Araşdırma Analiz
Hadisə, Kriminal Top Secret
İdman Maraq Dünyası
Mənəviyat Uşaq Aləmi, Ailə
Sağlamlıq Sual-Cavab
Foto Tarix
Video Texnologiya
Mədəniyət Reportaj
Рейтинг@Mail.ru
® 2009 FAKTXEBER.COM - Azerbaijan Online Internet Newspaper

Firefox 3.6+, GoogleCrome10+, Opera 9+, Macromedia Flash, 1360 x 768

Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


Rss - Saytın Xəritəsi - Dizayn : AA Design

Faktxeber.az