Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

07 Dekabr

2018
11:00
Maşın vuran süpürgəçi xəstəxanada öldü

Bakıda avtomobil qəzasında ağır xəsarət alan süpürgəçi dünyasını dəyişib. Dünən 1965-ci il təvəllüdlü Muradova Almaxanım Pirağa qızı yerləşdirildiyi 3 saylı şəhər klinik xəstəxanasında ölüb. 

Xəstəxanadan bildiriblər ki, dünyasını dəyişən şəxsin vəziyyəti çox ağır olub. Mərhum müştərək travma, döş qəfəsinin küt travması və digər ağır xəsarətlərlə reanimasiyaya yerləşdirilib. Onun qaraciyər yarası və diofraqması tikilib, hər iki plevra boşluğuna drenaj qoyulub. Həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, hadisə dünən səhər saat 07 radələrində paytaxtın Nərimanov rayonu, Heydər Əliyev prospektində "Bağırov" körpüsünün yaxınlığında baş verib. Ərazidə təmizlik işləri aparan süpürgəçi qadın, 1965-ci il təvəllüdlü Muradova Almaxanım Pirağa qızı naməlum avtomobil tərəfindən vurulmuşdu.(Unikal)

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : süpürgəçi 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-12-2018 08:33



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com