Xəbər Lenti

Sorğu

Arxiv

İnfografika

24 Yanvar

2017
15:20
2242
İmamzadədəki lövhə məsələsi aydınlaşdı: "MƏN ETMİŞƏM!"

Sosial şəbəkədə Gəncədə yerləşən “İmamzadə” dinin memarlıq kompleksinin meydanında İmam Hüseynin adının yazıldığı lövhənin və minbərin zibilliyə atılması ilə əlaqədar yaranan qalmaqala hələ ki, rəsmi açıqlama verilməyib. Fotoların müəllifi olan "Xural" qəzetinin baş redaktoru Əvəz Zeynallı iddia edib ki, lövhənin sökülməsi əmrini Gəncənin icra başçısı Elmar Vəliyev verib. 

Buna da baxın

Gəncə İmamzadəsi ətrafında yaranan müəmma - FOTO

Sözügedən məsələ ilə bağlı FaktXəbər-ə açıqlama verən kompleksin Mühafizə Xidmətinin rəisi Namiq Allahverdiyev bu işi heç kimin göstərişi olmadan özünün etdiyini və məqsədinin də həmin lövhə və minbəri yağışdan qorumaq olduğunu iddia edir. 

52 yaşlı Namiq Allahverdiyev yayılan söz-söhbətə görə, artıq ərizə yazıb işdən çıxdığını da bildirdi: “Əvəz bəyə böyük hörmətim var. Amma onun doğruya, həqiqətə biganəliyi məni tamam üzdü”.

O, “İmamzadə”nin prezident tərəfindən açılışından sonra işə düzəldiyini və dini-memarlıq kompleksini göz bəbəyi kimi qoruduğunu vurğuladı: “Plakat məsələsinə gəldikdə isə, övladlarımın canına and olsun ki, lövhənin oradan çıxarılmasına səbəb mənəm. Orda minbər də var idi. Onları götürdüm ki, yağışın altında qalmasın. Oranı heç vaxt yağış tutmur. Orda Elmar Vəliyevin heç bir göstərişi yoxdur. Əvəz bəyin onun adını hallandırması mənim işdən getməyimə səbəb oldu”.

Mühafizə Xidmətinin rəisi, Əvəz Zeynallının lövhənin atıldığı yerin “zibillik” adlandırmasına da etirazını bildirdi: “Həmin ərazidə ofis binası var. İşçilərin yığıldığı yerdir və orda mühafizəçilərlə yaşıllaşdırma sahələrinin müdiri əyləşir. Həmin yer mənim oturduğum yerin arxasıdır. Heç qoyarammı oturduğum yer zibillik olsun?! Bəli, orda hörgü işi getməlidir, kərpiclər var. Sadəcə qışı gözləyirdilər ki, şaxta-filan qurtarsın. Plakatı mən divara dirəmişdim. Gəlib yıxıblar. Minbər də qara parça ilə örtülmüşdü. Onun da parçasını götürüb, şəklini çəkiblər. Mən işdən çıxdıqdan sonra kimsə qərar verib ki, təzədən yerindən asılsın.”

Xatırladaq ki, FaktXeber.com dünən məsələ ilə əlaqədar “Xural” qəzetinin rəhbəri Əvəz Zeynallı ilə əlaqə yaratmışdı. Redaktorun sözlərinə görə, bu mənzərəni öz gözləri ilə görüb: "Özüm şəxsən girmişəm İmamzadəyə, gördüm ki, İmam Hüseyn meydanında adının yazıldığı lövhə yoxdur. Soruşmuşam, mənə zibilliyi göstəriblər. Orda arxada, Qurbanlıqda qurbankəsmə mərasimi üçün yer var, onun arxası da zibillikdir. Bu fotoları orda çəkmişəm. Həm minbəri, həm də "İmam Hüseyn" yazılan lövhəni ora atıblar".

Orphus system Mətndə orfoqrafik səhv aşkar etdinizsə, həmin hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Məqalədə : İmamzadə Gəncə 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com