Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

20 Aprel

2017
15:59
853
İmam Kazimin (ə) zəvvarlarına terror hazırlayanlar tutuldu - VİDEO

FaktXəbər-in "Əl-İraqiyyə" telekanalına istinadən verdiyi məlumata görə, İraqın paytaxtı Bağdad şəhərinin Kazimeyn məntəqəsində İŞİD terrorçularından ibarət silahlı dəstə ələ keçirilib. Bu barədə ictimaiyyətə İraq Hərbi Kəşfiyyat İdarəsinin rəsmisi Polkovnik Cavad Muhammadavi məlumat verib. O, bildirib ki, təhlükəsizlik xidməti ilə hərbi kəşfiyyatın keçirdiyi birgə əməliyyat zamanı terror aktları hazırlayan "Şimali Bağdad vilayəti" adlı qruplaşma üzvləri zərərsizləşdirilib.

Terrorçular müsəlmanların 7-ci imamı Həzrəti Museyi-Kazimin (ə) şəhadəti günü zəvvarların olduqları yerlərdə partlayışlar törətməyi planlaşdırırmış. Sayları 10-a yaxın olan terrorçular həbs edilərkən onlardan külli miqrdarda silah-sursat aşkar olunub.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-12-2017 10:45

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru