Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

14 Sentyabr

2018
11:40
Maliyyə Nazirliyində yeni təyinat olub

Maliyyə Nazirliyinin Gəncə Şəhəri üzrə Maliyyə İdarəsinə yeni rəis təyin olunub. Bu barədə nazirliyin mətbuat katibi Mais Piriyev məlumat verib.

Onun sözlərinə görə, nazir Samir Şərifovun Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun təqdimatına əsasən imzaladığı müvafiq əmrlə bu vəzifəyə Rəşid İsmayıl oğlu Yusifov təyin olunub və o, bu gündən vəzifəsinin icrasına başlayıb.

Bu təyinata qədər R.Yusifov Maliyyə Nazirliyinin Şəmkir Rayonu üzrə Maliyyə İdarəsinin rəisi vəzifəsində çalışıb.

Qeyd edək ki, Gəncə Şəhəri üzrə Maliyyə İdarəsinin keçmiş rəisi Natiq Cabbarov bu günlərdə öz ərizəsi ilə vəzifəsindən azad olunub.

Məqalədə : Maliyyə Nazirliyi 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-09-2018 11:05



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com