Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

08 İyun

2017
15:48
749
Müalicə zamanı dərmanların təsirini öldürən 5 KOBUD SƏHV

Xəstəlik zamanı çoxlarımız  dərmanların sehirli gücünə inanırıq və təsirini tezliklə göstərəcəyinə ümid edirik. Lakin həb qəbulu hər zaman gözlədiyimiz effekti vermir.

FaktXeber.com  dərmanların effektivliyinə təsir edən faktorlar və müalicə zamanı buraxılan səhvlər barədə məlumat verəcək.

Dərmanı düzgün qəbul etmirik

Adətən həb qəbul edərkən, əlimizə keçən ilk maye ilə onu qəbul edirik. Lakin düşünmürük ki, bu, dəmranın təsirini zəiflədə bilər. Bu:

- Kofe, yaxud kolaya (dərman tez parçalanır)

- Çay (komponentlərin sorulmasını ləngidir)

- Süd (antibiotiklərin təsirini zəiflədir)

- Qreypfut şirəsi (dərmanın farmakoloji effektini dəyişir)

Əgər təlimatlarda əksi göstərilməyibsə, dərmanları  otaq temperaturunda su ilə içmək məsləhətdir.

Düzgün qidalanmırıq

Əgər dərman qida qəbulu zamanı olmalıdırsa, yeməyin tərkibinə fikir verin. Sellülozla zəngin olan məhsullar fırça kimi orqanizmdən faydalı komponentləri süpürüb atır. Buna daxildir:  Herkules və kəpək; kələm, giləmeyvə, göyərti, balqabaq, lobya, göbələk və bu kimi  məhsullar.

Unutmayın ki, bəzi preparatları qəbul edərkə xüsusi pəhrizə riayət etmək lazımdır, bunun üçün təlimata  fikir verin.

Qrafik gözləmirik

Söhbət antibiotiklərdən gedirsə, dərman qəbulunun vaxtlarına xüsusi riayət etmək lazımdır. Çünki bu halda  dərmanın orqanizmdə  düzgün konsentrasiyasını qorumaq lazımdır. Buna riayət etməyəndə dərmanın təsiri olmaz.

Əgər həkim sizə çox sayda dərman yazıbsa və onların qəbul vaxtlarını dəyişik salırsınızsa, xüsusi orqanayzerdən istifadə edin.

Həblərdən kokteyl düzəldirik

Həkim sizə bir neçə preparat yazıbsa və onları eyni vaxtda qəbul etmə barədə məlumat verməyibsə, yaxşı olar ki, azı 10 dəqiqə fasilə edəsiniz.

Müalicəni yarımçıq kəsirik

Adətən insan özünü yaxşı hiss edən kimi müalicəni dayandırır. Bu, ən böyük səhvlərdən biridir və adətən xəstəliyin təkrarlanması ilə nəticələnir.

Dərman  həkimin tövsiyə etdiyi müddətdə qəbul etmək lazımdır. Çünki  müalicənin mənası təkcə simptomları aradan götürmək yox, həmçinin nəticənin möhkəmlənməsidir.

Məqalədə : Dərman 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru